• $
  • €
  • ₽
  • ₺
  • £

17 yaşlı Xədicə oğurlandı, zorlandı, satıldı, işgəncələr gördü - VİDEO + FOTO

17 yaşlı Xədicə oğurlandı, zorlandı, satıldı, işgəncələr gördü - VİDEO + FOTO
31.08.2018 11:29
Anası onu görəndə sevincindən hönkürmüşdü. Az qalmışdı huşunu itirsin.

Bir qədər sonra anası onun bədənindəki izləri, siqaret yanıqlarını, döymələri görəndə qışqırdı.

Və huşunu itirib yıxıldı.

17 yaşlı Xədicə cəhənnəmi dirigözlü gördüyünü, əzablar və ağrılardan sıyrılıb gəldiyini söyləyir.

Onun sözlərinə görə, hər gün ölmək istəyirmiş.

"Hər səhər gözlərimi açanda Allaha yalvarırdım ki, gözlərimi əbədi yumsun", - Xədicə hıçqıraraq deyir.

Mərakeş sakini Xədicənin 17 yaşı tamam olmayıb. İki həftə əvvəl onu evlərinin qarşısından oğurlayıblar.

Adam oğurluğu ilə məşğul olan banda Xədicəni Sahara səhrasında ömür sürən köçəri bədəvi və ya tuareq tayfalardan birinə qul kimi satmaq istəyirdi.

Amma dəstənin başçısının Xədicəyə gözü düşür. Qız dəstədə cariyə qismində saxlanılır.

Tam iki ay o, cəhənnəm əzabı çəkir. Hər gün döyülür, söyülür, zorlanır. Bədəninə siqaret basırlar, siqaretləri dərisində söndürürlər. Dəstənin başçısı ondan "doyandan" sonra qızı dəstəyə hədiyyə edir.

Və o dəstədəki hər cani Xədicəni zorlayandan sonra onun bədəninə "imza"sını qoyur - qızın bədəni eybəcər tatularla doludur.

İki ay sonra dəli olmaq dərəcəsinə çatan, apatiyaya düşən, heç nəyə və heç kimə reaksiya verməyən insan halına düşmüş Xədicəni gecənin bir aləmində aparıb yaşadığı evin qarşısına atıblar.

"Ramazan ayında xalamgilə getmək üçün evdən çıxmışdım. Tanımadığım iki nəfər qəflətən qollarımdan tutub məni maşına basdılar. Gözlərimi bağladılar, tanımadığım yerə apardılar. O evdə çoxlu kişi vardı. Kişilərdən biri məni uzun-uzadı süzəndən sonra "Bu, mənimdir!" dedi. Hər gün məni döyür, zorlayırdı. Sonra dəstəsinə hədiyyə etdi. Sonra məni başqa kişilərə satmağa başladılar. Hər gün zorla damarlarıma iynə ilə narkotik vururdular. Yarıhuşsuz vəziyyətdə idim, danışmağa, qışqırmağa, ağlamağa belə, heyim qalmamışdı. Bədənimə tatular vurdular, çoxlu siqaret söndürdülər bədənimdə", - Xədicə deyib.

Xədicənin fotoları və videosu Mərakeşdə sosial şəbəkələrdə yayılandan sonra on minlərlə insan hiddətlənib, qızı bu günə qoyanların cəzalandırılmasını tələb edib.

Mərakeş kralına ünvanlanmış müraciəti artıq 75 min insan imzalayıb. Xədicəni beynəlxalq təşkilatlar da dəstəkləyiblər, Mərakeşin hakimiyyət dairələrindən canilərin tutulmasını və cəzalandırılmasını tələb edirlər.

Mərakeşin mərkəzindəki Bəni Melalanın yaxınlığındakı Oulad Əyyadda yaşayır Xədicənin ailəsi. Onun anası "Qızımı bu günə qoyanlar niyə tutulmur?!" deyib fəryad çəkir.

Mərakeşin DİN-i rəsmi açıqlama yayaraq Xədicənin qaçırılması və işgəncələrə məruz qalması ilə bağlı istintaq aparıldığını, artıq 12 nəfərin tutulduğunu, 3 nəfərinsə axtarışda olduğunu bildirib.

Xədicənin vəkili İbrahim Haşanenin sözlərinə görə, sentyabrın 6-da məhkəmənin ilk iclası olmalıdır.

Twitter-də #prayforkhadija heşteqi ilə kampaniya davam edir.

Dünyaca məşhur mərakeşli yazıçı və kinorejissor Əbdel Taha isə ""da "Nous sommes tou-te-s Khadija" ("Hamımız Xədicəyik") məqaləsini dərc etdirib.

"Hakimiyyəti, cəmiyyəti, ölkə kralı 6-cı Məhəmmədi bu işi tam ciddi, təfərrüatlı şəkildə araşdırmağa çağırıram. Xədicə kimi xanımlar hələ də inkişaf etmək istəməyən cəmiyyətimizin diskfunksiyasının hesabını ödəyirlər", - Taha yazıb.

Mərakeşdə qadınların təcavüzə məruz qalması, ailə-məişət zorakılığı geniş yayılıb. BMT-nin Mərakeşin paytaxtı Rabatta və ətraf şəhərlərdə keçirdiyi sorğuda rəyi soruşulmuş kişilərin 81 faizi təcavüzə məruz qalmış qadının özünün günahkar olduğunu deyib. Respondentlərin 15 faizi qadının ailədə döyülməsini normal sayıb, 62 faizi isə ərinin döydüyü qadının dözməsini, ailəni dağıtmamağa çalışmasını adi və gərəkli hal sayıblar.(Milli.Az)
 

 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol