• $
  • €
  • ₽
  • ₺
  • £

Cəlladlar dərhal jurnalistin üstünə şığıyıb, cəmi 15 dəqiqəyə parçalayıb...

Cəlladlar dərhal jurnalistin üstünə şığıyıb, cəmi 15 dəqiqəyə parçalayıb...
19.10.2018 21:53
"Əl-Cəzirə” telekanalı adının açıqlanmasını istəməyən türkiyəli rəsmilərə istinadən müxalif səudiyyəli jurnalist, "The Washington Post” qəzetinin köşə yazarı Camal Xaşoginin (yaxud Camal Kaşıkçı) Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda necə öldürüldüyünə dair yeni təfərrüatları açıqlayıb. Veteninfo.az xəbər verir ki, telekanal jurnalistin konsulluğa girən kimi dərhal səudiyyəli cəlladların hücumuna məruz qaldığını bildirir.
"Xaşogi içəri girən kimi səudiyyəli cəlladlar jurnalistin üstünə şığıyıb və onu zorla binanın yuxarı mərtəbəsinə aparıblar. Xaşogi konsul Muhammet əl-Üteybinin otağına aparılıb və orada onu heç bir sorğu-sual etmədən birbaşa öldürüblər”-türkiyəli rəsmi belə deyib.
Telekanal bildirir ki, jurnalisti öldürmək üçün konsulun otağında hər şey əvvəlcədən hazırlanmışdı. "Türkiyəli səlahiyyətlilər Xaşoginin harada öldürüldüyünü bildiklərini deyir. Onun cəsədini səudiyyəli patoloji anatomoya mütəxəssisi parçalayıb”-xəbərdə deyilir.
Mənbə deyib ki, patoloji anatomiya mütəxəssisi Salah Tabiki jurnalistin cəsədini 15 dəqiqəyə parçalayıb. Konsulluq binasında axtarış aparmağa göndərilən türkiyəli kriminalistlərə əvvəlcədən cinayət anına aid səs yazıları dinlədilib. Türkiyə heyəti konsulluqda axtarışı bu səs yazısı əsasında aparıblar.
Camal Xaşogi oktyabrın 2-də konsulluğun binasına sənəd almaq üçün girib və bir daha çıxmayıb. Onun konsulluq binasında öldürüldüyü və cəsədinin parçalandığı üzə çıxıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol