• $
  • €
  • ₽
  • ₺
  • £

İranda azərbaycanlı millət vəkilləri ayağa qalxdı: Ermənistana... - VİDEO

İranda azərbaycanlı millət vəkilləri ayağa qalxdı: Ermənistana... - VİDEO
28.11.2018 14:34
Bazar günü Tehranın "Azadi” stadionunda "Persopolis” azarkeşlərinin işğalçı Ermənistana dəstək nümayiş etdirməsi İran parlamentinin azərbaycanlı millət vəkillərini dilə gətirib.

Publika.az xəbər verir ki, Təbriz, Azərşəhr (Tufarqan) və Uskünün (Üşkaya) millət vəkili Zəhra Sai stadionda Dağlıq Qarabağa ermənilər tərəfindən qoyulan adın - "Artsax” yazılmış parçanın nümayiş etdirilməsini kəskin qınayıb.

Millət vəkili bu barədə yerli "Məclis və Azərbaycan” agentliyinə açıqlamasında deyib.

"Belə işlər milli birliyə qarşı istiqamətlənib. Bu, bir fitnədir və məqsədyönlü şəkildə həyata keçirilib. Azərbaycan əhalisi belə təhqirlərə düzgün cavab verməlidir. Gənclər və idman nazirindən tələb edəcəm ki, bu məsələni izah etsin. Qaneedici cavab verməyəcəyi təqdirdə, məsələni parlamentdə qaldıracam”, - deyə o bildirib.


Zəhra Sai "Perspolis”in şovinist fars tərəfdarlarının Azərbaycan türklərinin ünvanına səsləndirdikləri şüar və söyüşlərə də münasibət bildirib:

"Mərkəzi şəhəri Təbriz olan Azərbaycan İranın həssas dövrlərində xüsusi rol oynayıb. Bu, inqilab dövrü və 8 illik müharibə zamanı da belə olub. Azərbaycan idman sahəsində də böyük uğurlara imza atıb. "Traxtur” klubu həmin uğurların bir nümunəsidir. Rəhbərin dediyi kimi, "Azərbaycan İranın başıdır” və hər zaman İrana xidmət edib. Hətta iqtisadi və mədəni sahələrdə də öncül olub. Azərbaycan İranda şiəliyin beşiyidir. Bütün hallarda ölkədə etnikləri aşağılamaq qəbuledilməzdir, bu, böyük Azərbaycan millətinə də şamildir”, - deyə o qeyd edib.

Mərənd və Culfanın İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəcad isə "Artsax” sözünün yazıldığı bannerin nümayiş etdirilməsinin irqçilik nümunəsi olduğunu deyib.


O bu barədə tvitter səhifəsində fikirlərini paylaşaraq "Traxtur”-"Perspolis” görüşündə olub-bitənlərə münasibət bildirib.

Millət vəkili işğalçı Ermənistana dəstək verənləri qınayıb.

Qeyd edək ki, noyabrın 25-də Tehranın "Azadi” stadionunda "Persopolis” komandası ilə Təbrizin "Traxtur”u qarşılaşıb.

Görüş zamanı "Persopolis”in şovinist fars azarkeşləri qondarma "Artsax” yazılmış parça nümayiş etdirərək işğalçı Ermənistana dəstək veriblər. Onlar, həmçinin, Azərbaycan türklərinin ünvanına müxtəlif şüar və söyüşlər səsləndiriblər. İrqçilərin bu hərəkəti güney azərbaycanlılar tərəfindən kəskin etirazla qarşılanıb. Etirazlar hələ də davam edir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol