• $
  • €
  • ₽
  • ₺
  • £

Zamirə presedentinə görə korrupsionerlərin Londona yolu bağlanır

Zamirə presedentinə görə korrupsionerlərin Londona yolu bağlanır
18.12.2018 11:47

Böyük Britaniya imkanlı əcnəbilərə krallıq ərazisində vətəndaş olmadan yaşamağa imkan verən populyar "Tier 1” investisiya vizası proqramını dayandırıb. Virtualaz.org xəbər verir ki, offshoreview.eu portalı bu  qərarın korrupsionerlərin Londona yolunu bağladığını bildirir.

Belə ki, indiyə qədər Böyük Britaniya iqtisadiyyatına müvafiq olaraq 2, 5 və 10 milyon funt-sterlinq yatıran xarici ölkə vətəndaşları heç bir problem olmadan bu ölkə ərazisində iki, beş və ya 10 il yaşamaq hüququ əldə edirdi. (İşləmək hüququ olmadan!)

Bu statusu alan investor ilin ən azı 180 gününü Böyük Britaniyada olmalıydı. Müəyyən müddət sonra isə onlar vətəndaşlıq almaq üçün müraciət edə bilərdi.

Lakin maliyyə şəffaflığı siyasətinə keçən Böyük Britaniya 2017-ci ildə kriminal aktivlər barədə qanun qəbul edib və artıq həmin qanun praktikada tətbiq edilib-Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevaya qarşı. Xəbər verildiyi kimi Milli Kriminal Agentliyin ekspertləri "Tier 1” vizası ilə Böyük Britaniya ərazisində yaşayan Zamirə Hacıyevanın aktivlərinə həbs qoyub. Əgər Hacıyeva bu aktivlərin qanuni yollarla əldə edilmiş gəlirlər hesabına alındığını sübut edə bilməsə onlar müsadirə olunacaq.

Daha sonra Zamirə Hacıyevanın özü də Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu üçün həbs edilib. Daha sonra ev dustaqlığına buraxılıb. Onun Azərbaycana ekstradisiyasına dair məhkəmə gələn ilin yayında başlayacaq.

offshoreview.eu bildirir ki, əgər əvvəllər hakimiyyət investorları aktivlərinin mənşəyinə xüsusi əhəmiyyət vermirdisə indi onlar mütləq qaydada audit olunacaqlar. Və əvvəlcə Böyük Britaniya iqtisadiyyatına yatırım qoyub yaşayış hüququ, daha sonra vətəndaşlıq almaq istəyənlər yeni ildən sahib olduqları aktivlərin mənşəyinin açıqlanması praktikası ilə üzləşəcəklər.

Belə ki, Böyük Britaniyada yaşayış hüququ almaq istəyənlər əvvəlcə yatırdıqları pul vəsaiti üzərində azı son iki il ərzində nəzarətlərinin olduğu faktını sənədlə təsdiq etməlidir. Yəni sübut etməlidir ki, həmin milyonlar ona qəfildən "göydən düşməyib”.

Habelə pulların dövlət istiqrazlarına yatırılmasına qadağa qoyulacaq. Çünki investorlar heç bir problemsiz bu istiqrazları sata bilirdilər və yatırdıqları pulları geri alırdılar, nəticədə bunun ölkə iqtisadiyyatına real faydası olmurdu. İndi vəsaitləri başqa formatlarda yatırmaq lazım gələcək.

Bundan əlavə, 2015-ci ilə qədər verilmiş 700 "Tier 1” vizasına yenidən baxılacaq Bu vizaları alanlar əsasən Çin və Rusiya vətəndaşlarıdır.

Amma bütün bunlar o demək deyil ki, krallıq öz qapılarını xarici investorlar üçün bağlayır. "Intelligent Solution Group” konsaltinq şirkətinin ekspertləri deyirlər ki, əksinə, bu qaydalar təmiz yolla pul qazanan investorların öz pullarını Böyük Britaniya iqtisadiyyatına yatırmasına və vətəndaşlıq almasına kömək edəcək. Zərbə ancaq korrupsiya yolu ilə varlananlara dəyəcək.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol