• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Ermənistanı Bolqarıstan vasitəsilə silahlandırır: Rusiya isə oyundankənar vəziyyətə salınır

ABŞ Ermənistanı Bolqarıstan vasitəsilə silahlandırır: Rusiya isə oyundankənar vəziyyətə salınır
18.12.2018 15:10
Rusiya mənşəli "EADaily” saytı bu gün sensasion məlumat yayıb.

Saytın informasiyasına görə, Bolqarıstandan Ermənistana iki aydan çoxdur ki, silahla dolu yüklər göndərilir. İl-62 yük təyyarəsi İrəvan-Burqas-İrəvan marşrutu ilə gündə bir dəfə uçaraq burada müvafiq yükün boşaldılmasını həyata keçirir.

Sayt silah satışının ABŞ-ın təşəbbüsü ilə baş tutduğunu və bunun Rusiya ilə Ermənistan arasındakı 100 milyon dollarlıq müqavilənin pozulması məqsədilə həyata keçirildiyini bildirir.

Məlumatda son bir həftə ərzində Bolqarıstanın "Rada Airlines” hava şirkətinə məxsus İl-62 təyyarəsinin "EW-450TR” registrasiya nömrəsi  altında Ermənistana uçduğu göstərilir.

Təyyarənin izləyici cihazlarını söndürməsinə rəğmən rusların naviqasiya portalı onun Ermənistandakı hərəkət marşrutunu izləməyə müvəffəq olub.

"EADaily” həmçinin İsrailin "Haaretz” qəzetinin ingilisdilli verisyasının redaktoru Avi Şarfın "Rada Airlines” şirkətinin Burqasdakı təyyarələrinin Ermənistana uçuşu barədə məlumat verdiyini xatırladır.

Bundan əlavə türkiyəli bloger Yürük İşıq da "Flightradar 24” naviqasiya proqramının köməyi ilə 8 gündə Burqasdan Ermənistana 8 təyyarənin uçduğunu xəbər edib. Həmin təyyarələrin Türkiyə hava məkanını  yandan dolanaraq İrəvanın "Zvartnots” hava limanına düşdüyü qeyd olunur.

Xəbərdə Bolqarıstanın ABŞ-ın xeyir-duası olmadan belə miqdarda silahı Ermənistana daşımasının mümkün olmadığı vurğulanır.

Gələn informasiyalarda Bolqarıstandan Ermənistana 40 ton yük göndərildiyi bildirilir. Bunların içində 1700 minaatan və onlara əlavə edilən 5 min sursatın olduğu deyilir. Əgər bu vaxta qədər 11 reysin artıq həyata keçirildiyi düşünülsə, o zaman bu rəqəm 10 dəfə artır.

Yazıda Ermənistanla Bolqarıstan arasında hərbi əməkdaşlığın genişləndiyinə diqqət çəkilir.

Ermənistan Müdafiə Nazirliyinin məlumatın əsasən bu il noyabrın sonunda iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlıq proqramı imzalanıb. Həmin ayın ortalarında isə Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Artak Davutyan Bolqarıstana rəsmi səfəri zamanı Bolqarıstanın müdafiə naziri Krasimir Karakçanov və baş qərargah rəisi, general Andrey Botsevlə görüşüb. Erməni general Bolqarıstanın hərbi zavodlarına da baş çəkib.

Bu vaxta qədər isə Ermənistan Bolqarıstanın hərbi-sənaye kompleksi üçün kiçik müştəri saylıb. Məsələn 2017-ci ildə Ermənistan Bolqarıstanla 19,7 milyon dollarlıq saziş imzalasa da, sadəcə 637 min avroluq silah alıb. BMT-nin silah ixracı reyestrinin məlumatlarına əsasən Bolqarıstan 2017-ci ildə Ermənistana 1094 əl pulemyotu verib.

Musavat.com

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol