• $
  • €
  • ₽
  • ₺
  • £

18 ildir ki, qoca ər-arvad hər gün bu oyunu oynayır: Ortada maraqlı bir mərc də var!

18 ildir ki, qoca ər-arvad hər gün bu oyunu oynayır: Ortada maraqlı bir mərc də var!
10.01.2019 19:22
Bir evdə iki nəfərin yaşaması bəzən problemlər yaradır. Elə işlər var ki, heç kim könüllü olaraq görmək istəmir. Məsələn, yemək hazırlamaq, təmizlik işləri, qabları yumaq və s. məişət işləri…
Amma bu iki pensiyaçı qoca cütlük xoşbəxt nikahın düsturunu qəribə bir üsulla işə sala biliblər. Xoşbəxtlik düsturunun sirri isə çox sadədir: "Mario Kart 64” video oyunu! Xüsusən də o halda ki, ortada mərc olsun!
XariciMedia.com xəbər verir ki, bu yaxınlarda "Reddit” sosial şəbəkəsinin Luiz Bork adlı bir üzvü öz sevimli valideynlərinin şəklini yayımlayıb. Şəkildən görünür ki, qoca cütlük "Mario Kart 64” video oyununu köhnə bir "Nintendo 64” cihazında oynayırlar. Qocaların oğlu öz paylaşımında yazıb ki, valideynləri 2001-ci ildən bu yana hər gün bu oyunu oynayırlar. Amma onlar bu oyunu sadəcə, vaxtı öldürmək üçün oynamırlar. Hər gün uduzan tərəf çay dəmləməyə və süfrəyə gətirməyə cavabdehdir.
Onların hər ikisi bu oyunun müxtəlif fəndlərini və kodlarını əla bilirlər. Amma onlar razılaşıblar ki, heç bir fırıldaqdan istifadə etməyəcəklər, çünki əks halda, münaqişə yarana bilər. Beləcə düz 18 ildir ki, "qumarbaz” qocalar bu oyunu vicdanla oynayırlar və hər gün uduzan tərəf öz öhdəsinə düşən işi görür.


Kişi oyun zamanı özünə Toad adlı, qadın isə Yoşi adlı qəhrəmanı seçir.


Maraqlıdır ki, qocalar hazırda oynadıqları "Nintendo 64”-ü 1999-cu ildə öz oğullarına Milad hədiyyəsi olaraq alıblarmış. Amma Luiz bir az böyüdükdən sonra oyundan əl çəkib, hədiyyə müəlliflərinin özləri isə hələ də oyunu oynamağa davam edirlər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol