Nyu-Yorkda kişi çəkiclə restoranın işçilərinə hücum etdi: ölən və yaralananlar var

ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda çəkiclə silahlanmış kişinin restorana daxil olub, onun işçilərinə hücumu nəticəsində 1 nəfər ölüb, 2-si yaralanıb.
Anews.az bu barədə report-a istinadən xəbər verir.
Hücum zamanı xəsarət alan restoranın baş aşpazı sonradan xəstəxanada keçinib. Xəsarət almış digər iki şəxsin - 60 yaşlı restoran sahibi ilə 50 yaşlı işçinin vəziyyəti ağır kimi qiymətləndirilir.
Şübhəli şəxs qaçmağa çalışsa da, tezliklə hadisə yerindən bir neçə kvartal aralıda polis tərəfindən saxlanılıb.
Cinayətin motivləri araşdırılır.
www.anews.az
Son xəbərlər 
Daha çox 























