Rusiya XİN-nin tualetində diplomatın meyiti tapıldı

Rusiyada Xarici İşlər Nazirliyinin binasında kişi meyiti tapılıb.
Bu barədə REN TV məlumat yayıb.
İlkin məlumat əsasən, binanın 19-cu mərtəbəsinin tualetində aşkarlanan meyit nazirliyin 68 yaşlı əməkdaşına məxsusdur.
Rusiya XİN diplomatın ölümünü təsdiqləyib. Həmin şəxsin Krivov Oleq Nikolayeviç olduğu bildirilir.
Hadisənin təfərrüatı barədə məlumat verilmir.
www.anews.az
Son xəbərlər 
Daha çox 























