• $
  • €
  • ₽
  • ₺
  • £

Basdırılan sərvət, kondisionerli tabutlar - Qaraçı baronlarının dəfn mərasimi - FOTO

Basdırılan sərvət, kondisionerli tabutlar - Qaraçı baronlarının dəfn mərasimi - FOTO
25.02.2019 11:13
Qaraçı baronlarının var-dövləti haqqında bir çox əfsanələr dolaşır. Bu baronlar dünyalarını dəyişəndə qohumları bir çox sərvətini də ölən şəxsin qəbrinə qoyur. Qaraçılar arasında dəfn mərasimi çox sərtdir və əməl olunması vacib sayılır. O biri dünyaya gedən şəxs orada yaşayır və həyatda malik olduğu hər şeyə təmin olunmalıdır.

Anews.az  ölkə.az-a istinadən xəbər verir ki, Qaraçı baronlarını məhz bu cür dəfn edirlər. Misir fironları kimi baronlar üçün də torpaq altında ev, yəni sərdabə inşa edilir. Sonra isə yuxarı hissəsinə piramidaya bənzər bina inşa edirlər. Bu piramida mərmərdən hazırlanır və dünyasını dəyişən şəxsin heykəli ucaldılır.

Tabutu betonlanmış otağa salırlar və bundan sonra qadınlar üzərlərində olan qızıl əşyaları da bura atırlar. Adət belədir, çünki ölən şəxs o dünyada heç nəyə ehtiyac duymamalıdır.

Mebel, bahalı iççilər, qab-qacaq, televizor, mobil telefon, qır-qızıl və pul da qəbirə qoyulur. Yeraltı sərdabə bir neçə otaqdan ibarət olur ki, dünyasını dəyişən şəxs onlardan istifadə edə bilsin.


Ətrafda hər şey qızıl, mərmər, bahalı ağac materialından hazrlanır. Ölən şəxs yaşadığı dövrdə xoşladığı bütün əşyaları qəbirə qoyurlar. Bəzən isə ölən şəxsin sevimli avtomobilini də qəbirə salırlar.

59 yaşlı Florian Çioaba 2013-cü ilin avqust ayında dünyasını dəyişib. Onunla vidalaşmaq üçün dünyanın bir çox ölkəsindən nümayəndələr Sibiu şəhərinə axışmışdı. Dəfn prossesiyası 7 km uzunluunda idi. Mərhumun tabutuna kondisioner və başqa elektronik cihazlar quraşdırılmışdı. Bununla yanaşı, tabutda pəncərə də açılmışdı.
Qəbirdən oğurluq etmək günah sayılsa da, belə hallara da rast gəlinib. Qaraçı baronu Mixail Oqlının qəbirindən yemək-içmək, konyak və çaxır, "Roleks” saatı, brilliant qaşlı üzük, qızıl sep, mobil telefon, 100 min rubl və 3.5 min dollar oğurlanıb. Oğrular təkcə televizor, video maqnitafona toxunmamışdılar. Oğruları isə konyak şüşəsinin üstündəki əl izi ilə tapmaq mümkün oldu.


Başqa bir baronun dəfn mərasimində isə ailə limuzinlərdən ibarət kortej və kareta sifariş edib. Təkcə güllərə 23.4 min dollar xərclənib.

Qohumlar və dostlar isə hündürlüyü 1 metrdən çox olan 60 çələng sifari edib. Çələnglər mərhumun xoşladığı şeylərdən hazırlanıb.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol