• $
  • €
  • ₽
  • ₺
  • £

Antarktida fəlakət astanasında

Antarktida fəlakət astanasında
25.02.2019 22:30
Antarktida Brant buz şelfi (qitənin sualtı davamı - red.) iki Nyu-York şəhəri böyüklüyündə olan aysberqin formalaşması ilə əlaqədar yaxın zamanda parçalanacaq. Tədqiqatçılar hesab edir ki, bu, bütün buzlaqda sabitliyinin pozulmasına gətirib çıxara bilər. Gedən proseslər "Halli” elmi stansiyasına ciddi təhlükə yarada bilər.

Bu barədə "Science Alert” nəşri məlumat yayıb.

Alimlərin sözlərinə görə, son 35 il ərzində sabit qalan iri çat son zamanlar sürətlə (ilə 4 kilometr) böyüməyə başlayıb. Gələcəkdə onun 2016-cı ilin oktyabr ayında meydana gəlmiş Halloween Crack çatına qovuşacağı gözlənilir.

Buzlağın qeyri-sabitliyinə əsas süxurların nahamarlığı təsir göstərir. Hesablamalara görə, yeni aysberqin ölçüsü 1700 kvadrat kilometrə yaxın olacaq. Beləcə, Antarktidada meydana gəlmiş ən böyük aysberq kimi tarixə düşəcək. Tədqiqatçılar hesab edir ki, şelfin aqibəti çatların harada bir-birinə qovuşacağından asılı olacaq.

Bu qeyri-sabitlik sahəsinin cənubunda baş versə, o zaman bütün Brant buzlağı parçalanmaya həssas olacaq. Belə olsa, təhlükəsizlik məqsədilə "Halli” qütb stansiyasının yerinin dəyişdirilməsinə ehtiyac yaranacaq.

"Halli-6” stansiyası Antarktidada 5 fevral 2013-cü ildə tarixdə rəsmi olaraq açılıb. Səkkiz moduldan ibarət qütb stansiyası kirşə üzərində qurulduğundan onu bir yerdən başqa yerə köçürmək olur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol