• $
  • €
  • ₽
  • ₺
  • £

Pakistandan dünya ictimaiyyətinə çağırış: “Bizə dəstək olun”

Pakistandan dünya ictimaiyyətinə çağırış: “Bizə dəstək olun”
06.03.2019 23:40
Pakistan dünya ictimaiyyətini öz ərazisindəki terrorçularla mübarizədə ona dəstək verməyə çağırıb.
Anews.az Ölkə.Az-a istinadən xəbər verir ki, müraciəti Pakistan Silahlı Qüvvələrinin sözçüsü, general-mayor Asif Qafur CNN telekanalı vasitəsilə ünvanlayıb.
Pakistan ordusunun rəsmisi qeyd edib ki, bu ölkənin ərazisindən hər hansı dövlətə silahlı hücumlar İslamabadın da mənafeyinə ziddir. Onun sözlərinə görə, ABŞ başda olmaqla, dünyanın inkişaf etmiş ölkələri silahlı qruplaşmaların zərərsizləşdirilməsi üçün Pakistana maliyyə və texnoloji yardım göstərməlidir. A.Qafur əlavə edib ki, Kəşmir bölgəsinin Pulvama rayonunda fevralın 14-də baş vermiş insidentin Pakistan hökuməti ilə heç bir əlaqəsi yoxdur. "Ceyş-ə-Məhəmməd” terror təşkilatı Pakistan ərazisində fəaliyyət göstərmir və bu faktın BMT-də təhrif olunması düzgün deyil”, -deyə ordu rəsmisi vurğulayıb. O əlavə edib ki, son günlər Pakistan təhlükəsizlik xidmətlərinin apardıqları əməliyyatlarda silahlı qruplaşmaların 44 üzvü həbs edilib.
BMT-nin İnsan Haqları Komissiyasının Pulvamada baş vermiş insident haqqında hesabatını tənqid edən A.Qafur əlavə edib ki, Hindistan hərbi aviasiyasının hava zərbələri ən çox bölgədəki dinc sakinlərin həlak olmasına və yaralanmasına səbəb olur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol