• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan: Ölüm cəzasını bərpa etməyə hazırıq

Ərdoğan: Ölüm cəzasını bərpa etməyə hazırıq
19.03.2019 15:44
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ölkədə ən ağı cəza forması olaraq ölüm cəzasını bərpa etməyə hazır olduqlarını bəyan edib.

NTV telekanalının məlumatına görə, bu haqda Türkiyə lideri Ereğli şəhərində keçirilən mitinqdə tərəfdarları qarşısında etdiyi çıxışda danışıb.

"Biz ölüm cəzasını ləğv etməklə səhvə yol verdik. Mən bunun yanlış addım olduğunu düşünürəm. Niyə? Ona görə ki, 15 iyul hadisələri zamanı 251 vətəndaşımız həlak olub. Onlar (günahkarlar) ömürlərini dəmir barmaqlıqlar arxasında keçirsələr belə, onların dövlət hesabına yedizdirilməsi faktı məni qıcıqlandırır. Bizim parlament edam cəzasının bərpası ilə bağlı qərar qəbul etsə, onu öz imzamla təsdiqləyəcəm”, - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, Ərdoğan bundan əvvəl 2018-ci ilin avqust ayında da edam cəzasının bərpasının mümkünlüyünə toxunmuşdu.

Türkiyəli dövlət başçısı bundan başqa Yeni Zelandiyada törədilən terror aktı ətrafında yaranan vəziyyəti də şərh edib.

"Yeni Zelandiya hökuməti öhdəsinə düşəni yerinə yetirməsə, bunu onların yerinə biz edəcəyik. Belə olan halda həmin ölkənin hökuməti ilə danışıqlar aparacam. Terrorçuya ən ağır cəza verilməlidir”, - deyə Tayyip Ərdoğan bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol