• $
  • €
  • ₽
  • ₺
  • £

SON DƏQİQƏ: Bu iki ölkə arasında DÖYÜŞ BAŞLADI - 7 ölü, 23 yaralı

SON DƏQİQƏ: Bu iki ölkə arasında DÖYÜŞ BAŞLADI - 7 ölü, 23 yaralı
02.04.2019 18:18
Pakistanla Hindistan sərhədində yerləşən Kəşmir Nəzarət Xəttində yenidən gərginlik yaranıb.
Publika.az xəbər verir ki, iki ölkənin hərbi qüvvələri arasında yaşanan atışma zamanı 7 nəfər ölüb.
Hadisə ilə bağlı Pakistan ordusu tərəfindən açıqlama verilib.
Bildirilib ki, Hindistan əsgərlərinin Kəşmir Nəzarət Xəttinin Pakistana aid hissəsindəki hərbi mövqeləri hədəf alması nəticəsində 3 əsgər həlak olub.
Hindistan ordusu isə qarşı tərəfi atəşkəsi pozmaq və Hindistan tərəfdəki Punç bölgəsini hədəf almaqda günahlandırıb.
Hindistanın ədliyyə məmuru M.K. Sinha verdiyi açıqlamada insident nəticəsində 1 hind əsgəri ilə 1 qadın və 1 azyaşlı qızın öldüyünü, 18 dinc sakin və 5 əsgərin yaralandığını deyib.
Kəşmir problemi
İngiltərə 1947-ci ildə Hindistandan geri çəkilərkən krallıq şəklində idarə olunan Kəşmirin bu iki ölkədən birinə birləəşməkdə sərbəst olduğunu açıqlayıb. Əhalisinin 90%-i müsəlman olan Kəşmir Pakistana qatılmaq istəsə də, dövrün şahzadəsi Hindistana tabe olmağı üstünü tutub. Qərara xalq qarşı çıxıb. Hər iki ölkə bölgəyə hərbi qüvvələrini yeridib. Beləliklə, müharibə başlayıb. İki ölkə arasında eyni səbəbdən 1965 və 1999-cu illərdə də müharibə baş verib.
Hazırda Kəşmirin 45%-i Hindistanın, 35%-i Pakistanın nəzarətindədir. 20%-nə isə Çin baxır.
Hindistan ilə Pakistan arasında son gərginlik bu ilin 14 fevral tarixində baş qaldırmışdı. Kəşmirin Hindistana aid hissəsində polis təşkilatına bağlı qüvvələrə qarşı təşkil edilən bombalı hücumda 44 nəfər ölmüşdü.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol