• $
  • €
  • ₽
  • ₺
  • £

“Lotu Quli” ilə “Ded Həsən”in nəvəsinə qarşı birləşəcək

“Lotu Quli” ilə “Ded Həsən”in nəvəsinə qarşı birləşəcək
12.04.2019 16:16
Xəbər verdiyimiz kimi,  Gürcüstanın ən nüfuzlu "qanuni oğru”su "Taro” ləqəbli Tariel Muluhov (Oniani) bir neçə gün öncə Rusiyada  10 illik həbsxana həyatından azad olunduğu gün yenidən 40 gün müddətinə həbs edilib. 

"Qafqazinfo”nun rus KİV-nə istinadən məlumatına görə, "Taro” mayın 19-u həbsdən çıxdıqdan sonra İspaniyaya deportasiya oluna bilər. Lakin onun  tərəfdaşlarının əksəriyyətinin yaşadığı Türkiyəyə gedəcəyi də deyilir. 

Onianinin çox sayda düşmənlərindən intiqam almağa hazırlaşdığı bildirilir. Bu siyahıda isə 15 ildən çoxdur düşmənçiliyi olduğu, həyatda olmayan kriminal avtoritetlər- "Yaponçik” (Vyaçeslav İvankov) və "Ded Həsən” (Aslan Usoyan) var. Sözügedən avtoritetlərin  klanından olan "vor zakonlar” başçılarının ölümündə "Taro”nun əlinin olduğunu düşünürlər. 

Belə ki, "Ded Həsən”in yolu ilə gedən nəvəsi Qiya Sverdlovski Onianini babasının qətlində ən kəskin ittiham edənlərdən biridir. Bu isə Muluhovun birinci nömrəli düşməninin məhz o, olduğunu göstərir.

"Aif Ural” portalı vəziyyətlə tanış olan mənbəyə istinadən bildirir ki, "Taro” Türkiyəyə köçsə, orada onu külli miqdarda maliyyə resursu ilə təmin etmək gücündə olan həmkarı, dollar milyarderi "Lotu Quli” (Nadir Səlifov) ilə müttəfiqliyə başlayacaq. 

"Belə bir koalisiya yaranarsa, Rusiya cinayət dünyasına böyük təsirlərin olacağı qaçınılmazdır”, - deyə mənbə qeyd edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol