• $
  • €
  • ₽
  • ₺
  • £

Savçenko azadlıqda

Savçenko azadlıqda
16.04.2019 09:58
Dövlət çevrilişinə cəhddə şübhəli bilinərək istintaq təcridxanasına yerləşdirilmiş Ukrayna Radasının deputatı Nadejda Savçenko azadlığa çıxıb.

Bu barədə TASS məlumat yayıb.

Kiyev vilayətinin Brovar şəhər məhkəməsi Savçenko və "Zabit korpusu” təşkilatının rəhbəri Vladimir Rubanın sərbəst buraxılması ilə bağlı qərar çıxarıb. Ondan bir gün əvvəl məhkəmə prokurorluğun həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı vəsatətini təmin etməmişdi.

"Mən azadlıq uğrunda necə mübarizə aparılmalı olduğunu göstərdim. Ədalətsiz olaraq mühakimə olunmuş hər kəsə azadlıq arzu edirəm. Mən qaydaları pozmuram və ölkə xaricinə qaçmıram. Halbuki prokurorlar bunun belə olacağına zəmanət verir. Mən Ukraynadan qaça bilmərəm, axı mən Ukrayna qəhrəmanıyam”, - deyə sərbəst buraxılan Savçenko bildirib.

Nadejda Viktorovna Savçenko – ukraynalı dövlət və siyasi xadim, keçmiş hərbçi, Ukrayna Ali Radasının VIII çağırışının deputatı və Ukrayna qəhrəmanıdır. Ukrayna silahlı qüvvələrində kapitan rütbəsində olub.

Hərbi xidmətdə olan zaman "Mi-24” helikopterinin şturman-əməliyyatçısı olub. Şərqi Ukraynada gedən döyüşlər zamanı müəmmalı şəraitdə rusiyayönümlü separatçı döyüşçülərə əsir düşüb. Donetsk şəhər məhkəməsinin qərarı ilə VQTRK telekanalının jurnalistinin ölümü ilə əlaqədar mühakimə olunub.

2014-cü ildə isə Luqanskda 22 il azadlıqdan məhrum edilib. 2015-2016-cı illərdə beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyıb. 2016-cı ildə Rusiya Federasiyası prezidentinin fərmanı ilə əfv olunub.

22 mart 2018-ci ildə isə dövlət çevrilişi və terror aktlarının təşkilində şübhəl bilinərək Ali Radanın binasında Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol