• $
  • €
  • ₽
  • ₺
  • £

İranın gizli silahını təsdiqləyən fakt - SENSASİON TƏHLİL

İranın gizli silahını təsdiqləyən fakt - SENSASİON TƏHLİL
28.05.2019 19:46
Əslində, İranın "gizli silah"a sahib olduğunu və həm də istifadə etmək iqtidarında olduğunu ehtimal etmək üçün kifayət qədər əsas var.


Anews.az bildirir ki, bu barədə Axar.az-a açıqlamasında rusiyalı tarixçi, hüquqşünas Oleq Kuznetsov bildirib.


"Mən dünyanın heç bir ölkəsinin xarici kəşfiyyat idarəsinin əməkdaşı deyiləm, buna görə də İran İslam İnqilabı Keşikçiləri Korpusu komandanının müşavirinin sözügedən bəyanatını adekvat qiymətləndirə bilmərəm. Mən İranın "gizli silah" mövzusunun reallığı barədə müzakirə apara bilmərəm və aparmayacağam, bütün bunlar tapmaca olaraq qalacaq. Amma iki məsələyə diqqətinizi çəkmək istəyirəm. Birincisi, Qurbaninin bəyanatları Omandakı limanlardan birində 4 gəminin, o cümlədən Səudiyyə Ərəbistanına məxsus 2 tankerin diversiya hücumuna məruz qalaraq tamamilə yanmasından sonra edilib. Oxuduğum qədərilə, bu diversiya ilə bağlı məsuliyyət rəsmi olaraq heç kimin üzərinə atılmayıb. Belə ki, mətbuatda aktiv şəkildə zərbəni İranın endirməsi və ABŞ da daxil olmaqla, mövcud HHM sistemlərinin zərbəni aşkar edə bilmədiyinə dair məlumatlar dərc olunub. Bununla bağlı olaraq xatırlatmaq lazımdır ki, Omanda ABŞ-ın 6-cı donanmasının qərargahı yerləşir və əgər İran həqiqətən bu zərbəni endiribsə, o zaman bu güc nümayişi səudiyyəlilərə deyil, məhz amerikalılar üçün hesablanıb. Beləliklə, İranın həqiqətən hansısa "gizli silah"a sahib olması və bu silahı tətbiq etməyə hazır olduğunu söyləmək üçün əsas yaranır", - Kuznetsov bildirib.


Ekspertin toxunduğu ikinci məqam isə Qurbaninin bəyanatının ABŞ-ın istefada olan 90 generalının Prezident Donald Trampa müraciət edərək, İranla müharibə aparılmamasına çağırış etməsilə üst-üstə düşməsidir. Belə ki, amerikalı generallar sözügedən müharibənin ABŞ üçün "ikinci Vyetnam" olmasından ehtiyat ediblər.


"Demək olar ki, dərhal sonra Tramp geriyə addım ataraq, İranla danışıqlara hazır olduğunu bildirdi. Beləliklə, ABŞ-ın hərbi-siyasi elitası bu cür müharibəyə girməyin gərəksiz olduğunu anladı. Çünki müharibədə qalib gələcəkləri halda əldə edəcəkləri xeyir itkiləri ödəməyəcək. Hətta ABŞ generalları belə bu müharibədən az qan tökülməsi ilə qalib çıxacaqlarına şübhə edir. Hazırkı məqamda Prezident Tramp İranla münaqişə məsələsində geri addım atıb. Hələlik yaxın gələcəkdə müharibə olmayacaq. Hadisələrin gələcəkdə nə cür inkişaf edəcəyini isə yalnız Allah bilər. Çünki artıq 40 ildir ki, ABŞ İrana qarşı hibrid müharibə aparır və bunun da sonu görünmür", - tarixçi bildirib.


Onun sözlərinə görə, ABŞ-la İran arasında müharibə Cənubi Qafqaz regionunda qlobal humanitar faciəyə səbəb olacaq:

"Azərbaycan jurnalistlərinə dəfələrlə dediyim kimi, bu müharibə İrandan çoxmilyonlu qaçqın axınına səbəb olacaq. İlk növbədə etnik azərbaycanlılar müharibə qorxusu ilə kütləvi şəkildə vətəndaşlığını və yaşadığı ölkəni dəyişmək istəyəcəklər. Bütün zəngin, bu və ya digər şəkildə təmin olunanlar Avropaya qaçacaq. Bütün İran-Azərbaycan yoxsulları isə Cənubi Qafqazda yerləşməyə meyil edəcəklər. Region obyektiv olaraq hətta bir milyon qaçqını da qəbul edə bilməyəcək, onların sayı isə 10-15 milyona da çata bilər. Azərbaycan və bütün Qafqaz üçün bunun humanitar və iqtisadi planda arzuolunmaz nəticələri olacaqdır. Odur ki, İran və ABŞ arasında müharibə olmaması üçün hər kəs dua etməlidir".


Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu komandanının müşaviri Mürtəza Qurbani ölkəsinin məxfi silahının yardımı ilə Fars körfəzindəki ABŞ hərbi gəmilərini dənizin dibinə göndərə biləcəklərini açıqlamışdı.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol