• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin köməkçisi həyat yoldaşını öldürdü - Dəhşətli ailə faciəsi - Foto

Prezidentin köməkçisi həyat yoldaşını öldürdü - Dəhşətli ailə faciəsi - Foto
29.05.2019 10:21
İranın sabiq prezident köməkçisi və Tehranın sabiq bələdiyyə sədri Məhəmməd Əli Nəcəfi həyat yoldaşı Mitra Nəcəfini qətlə yetirib.

Anews.az xəbər verir ki, informasiyanı İranlı Tələbələr Xəbər Agentliyi (İSNA) yayıb.
Hazırda prezident Həsən Ruhaninin kabinetində yer alan Nəcəfi cinayəti özü etiraf edib. Baş prokurorluqdan verilən məlumata görə, cinayət ailə münaqişəsi zəmnində baş verib.

Qeyd edək ki, Mitra Nəcəfi paytaxt Tehranın şimalında yerləşən Səadətabad səmtindəki evində sinəsindən vurulmuş halda tapılmışdı.
"İnsafnews" xəbər saytının müxbiri Pərisa Salehi hadisənin baş verməsindən sonra sosial media hesabında "Nəcəfinin həyat yoldaşı dünən saytımıza zəng etdi və bizə müsahibə vermək istədiyini dedi. Bu gün ofisimizə gələcəkdi, amma eyni gün öldürüldü” sözlərini yazmışdı.

Xatırladaq ki, Əli Nəcəfi İranın sabiq prezidenti Əli Əkbər Həşimi Rəfsəncaninin dövründə Təhsil naziri vəzifəsində çalışıb. Bir müddət Ruhaninin köməkçisi kimi işlədikdən sonra 2017-ci ildə Tehranın bələdiyyə sədri seçilib. O, ötən il səhhətindəki problemləri əsas gətirərək vəzifəsindən istefa vermişdi.(publika)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol