• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda “rus inqilabı”: prezident Belarusa səfərini yarımçıq qoydu, Saakaşvili polisə çağırış etdi

Gürcüstanda “rus inqilabı”: prezident Belarusa səfərini yarımçıq qoydu, Saakaşvili polisə çağırış etdi
21.06.2019 10:41
Gürcüstanda xüsusi təyinatlıları müxalifət tərəfdarlarını parlamentin qarşısından və Rustavi prospektindən sıxışdıra bilib. Lakin müxalifət bu gün iyunun 21-də axşam yeni etiraz aksiyaları keçirəcəyini bildirir. Virtualaz.org xəbər verir ki, bu barədə "Avropa Gürcüstanı” partiyasının lideri Giqa Bokeriya və "Vahid milli hərəkat” partiyasının lideri Qriqol Vaşadze elan ediblər. Onlar bildiriblər ki, növbəti mitinq də Rustavi prospektində, parlamentin qarşısında olacaq. Müxalifət liderləri aksiyanın "dinc olacağını” deyiblər.

Xəbər verildiyi kimi pravoslav parlamentlərarası Assambleyasının Tbilisidə keçirilən iclası zamanı Rusiya nümayəndə heyətinin rəhbəri, kommunistlər fraksiyasından Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündə oturub. Bu fakt müxalifəti hiddətləndirib və onlar dərhal tərəfdarlarını küçələrə çağırıblar. İclas yarımçıq qalıb, müxalifət tərəfdarları rusiyalı deputatların qaldıqları otelin qarşısında da aksiya keçiriblər, onların Gürcüstandan "rədd olub getmələrini” tələb ediblər. Spiker İrakli Kobaxidze yaranmış vəziyyətlə bağlı Bakıya səfərini yarımçıq qoyub. Axşam minlərlə müxalifət tərəfdarı parlamentə hücum edib, onlardan bir qrupu binaya daxil olub. Xüsusi təyinatlılarla toqquşmalarda onlarla adam xəsarət alıb, xüsusi vasitələr, rezin güllələr tətbiq edilib.

Parlamentin qarşısında aksiya dağıdıldıqdan sonra müxalifətçilər hakim "Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının ofisinə basqın edib dağıdıblar. Müxalifət spiker İrakli Kobaxidzenin və daxili işlər naziri Georgi Qaxariyanın istefasını tələb edir. Lakin baş nazirin istefasını tələb edənlər, eyni zamanda parlamentə qarışıq seçki sisteminin ləğvinə çağıranlar da var.

Ölkədə yaranmış vəziyyətlə bağlı prezident Salome Zurabişvili də Belarusa səfərini yarımçıq qoyub. O, Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Minskə getmişdi. Xəbər verilir ki, Zurabişvili bu gün səhər saatlarında Minskdən Tblisiyə dönüb. Bundan əvvəl prezident ölkədə baş verənlərə görə Rusiyanı günahlandırıb. "Ölkənin parçalanması və daxili qarşıdurma Rusiyadan başqa heç kimin işinə yaramır. Və bu gün bu ən sınanmış üsuldur”-o bildirib.
Zurabişvilinin sözlərinə görə, daxili qarşıdurmanı qızışdıran hər kəs Rusiyanın əlinə oynayır və Kremlin planlarını icra edir. "Rusiya bizim düşmənimizdir və işğalçıdır”-o vurğulayıb.
Eks-prezident, hazırda Ukraynada olan Mixail Saakaşvili isə etirazları dəstəkləyib, polisi xalqın tərəfinə keçməyə çağırıb.
Son məlumatlara görə daxili işlər naziri Georgi Qaxariya istefa verməyə hazır olduğunu bildirib.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol