• $
  • €
  • ₽
  • ₺
  • £

Obama İsrailə hərbi yardım layihəsini imzaladı

Obama İsrailə hərbi yardım layihəsini imzaladı
05.08.2014 18:29
ABŞ prezidenti Barak Obama Konqresdə qəbul edilən və İsrailin raketdən müdafiə sistemlərinin yenilənməsi məqsədilə 225 milyon dollarlıq yardım layihəsini imzalayıb. Onu da qeyd edək ki, İsrail hərbi xərclərinin dörddə birini hər il ABŞ qarşılayır. ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ABŞ Konqresi ötən həftə İsrailin raketdən müdafiə sistemlərinin yenilənməsi üçün 225 milyon dollar yardım edilməsinə dair qərar qəbul etmişdi. Konqresdə qəbul edilən layihə son olaraq prezident Obamanın imzalanması üçün ona təqdim edilmişdi. ABŞ dövlət başçısı həmin layihəni bu gün təsdiqlədi.ABŞ bundan əvvəl də İsrailin raketdən müdafiə sistemlərinin təkmilləşdirilməsi üçün yüz milyonlarla dollar ödəmişdi.Bundan əlavə ABŞ İsrailə hərbi ləvazimatlar satmaqla da yardım edir və belə satışlardan biri də Qəzzaya hücum əsnasında həyata keçirilmişdi. Pentaqon Mətbuat sözçüsü admiral John Kirby ABŞ-ın İsraildə olan silah və sursat anbarlarından İsrailə əl bombaları və havan topu güllələri tədarük etdiyini söyləmişdi. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol