• $
  • €
  • ₽
  • ₺
  • £

Köçəryan: Bunun ağır sonuclarını aradan qaldıra bilməyəcəyik

Köçəryan: Bunun ağır sonuclarını aradan qaldıra bilməyəcəyik
05.08.2014 13:33

Ermənistan müdafiə nazirinin keçmiş müavini: «İndi kimin nə etdiyi barədə danışmaq istəməzdim, ancaq...»

Ermənistan müdafiə nazirinin keçmiş müavini Andranik Kocharian Soçidə Sarkisian-Əliyev görüşünün təşkilini Rusiyanın Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək cəhdi sayır. O, AzadlıqRadiosunun erməni xidmətinə – «Radio Azatutyun»a müsahibəsində bu fikri dilə gətirib və daha sonra deyib:

«Faktları tutuşdursaq, belə bir nəticəyə gələ bilərik ki, cəbhə xəttindəki gərginliyin bu görüşün təşkiliylə birbaşa əlaqəsi var. Mən indi kimin nə etdiyi barədə danışmaq istəməzdim, ancaq görüşün təşkilində sərhəddəki gərginlikdən istifadə edilib».

Müdafiə nazirinin keçmiş müavini qarşıdakı Soçi görüşündən danışarkən, belə bir sual verir: «Niyə iki prezidentin görüşüylə bağlı başqa təşəbbüslər sərhəddə durum gərginləşənədək gerçəkləşməyib? Axı neçə vaxtdır onların Parisdə görüşəcəyindən söhbət gedirdi və bu təşəbbüs Fransa prezidentindən gəlirdi». Andranik Kocharian bu sualın cavabını da verir:

«Çünki uzun illər boyunca biz sülhün açarını tapmaq istəyirdik. İndi bu açarı tapmaq imkanı sanki Rusiyaya keçir. Bəs Rusiya bu imkandan necə yararlanacaq? Düşünürəm ki, Rusiya Ermənistanla Azərbaycanın deyil, ilk növbədə öz geosiyasi maraqlarından çıxış edəcək». 

«Radio Azatutyun»un «Bu görüşü təşkil edən rəsmi Moskva hansı məsələnin həllini tapır» sualına cavabında Andranik Kocharian deyib ki, Rusiya Qafqazdakı təsirini gücləndirməyə can atır və Sarkisian-Əliyev görüşünün gedişində sərhəd boyunca sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi gündəmə gələ bilər:

«Rusiya ardıcıl şəkildə bu yolla gedəcək. Amma məsələnin canı odur ki,  Ermənistan və Azərbaycan, nəhayət, gözəl günlərin birində özünə gələr və bəlkə də inanarlar ki, fövqəldövlətlərin maraqları hakim olduqca biz aramsız olaraq hərbi əməliyyat və təxribatlar burulğanına düşəcəyik. Nəticədə, cavanlarımızı itirir və hər belə insidentdən sonra istər Ermənistanda, istərsə Azərbaycanda hansısa ailənin ocağı sönür. Bunun ağır sonuclarını yüzillər sonra aradan qaldıra bilməyəcəyik».

Azadliq.org

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol