Kabildə İtaliya səfirliyinə məxsus avtomobil partladılıb

Bu gün Əfqanıstanın paytaxtı Kabildə İtaliya səfirliyinin zirehli avtomobili partladılıb.
Bu barədə Əfqanıstanın "Tolo News” telekanalı məlumat verib.
Telekanal hüquq-mühafizə orqanlarındakı mənbəyinə istinadən bildirib ki, avtomobil əldəqayırma partlayıcı qurğu ilə partladılıb. Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb.
Hələlik hücuma görə məsuliyyəti üzərinə heç kim götürməyib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























