• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın Baş prokurorluğu əhaliyə xəbərdarlıq etdi

Ermənistanın Baş prokurorluğu əhaliyə xəbərdarlıq etdi
25.02.2021 17:18
Ermənistanın Baş prokurorluğu vətəndaşları ölkədəki qayda-qanunu və asayişi təhdid edən istənilən təşəbbüsdən çəkinməyə çağırıb. Azvision.az xəbər verir ki, bu barədə Baş prokurorluğun açıqlamasında deyilir.

"Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatında yer alan risklər, ictimai və sosial platformalardakı müzakirələr və şərhlər ölkədə sabitliyin pozulması üçün ilkin şərtlər yaratdı. Vəziyyətin mümkün inkişafı dövlətin və xalqın təhlükəsizliyi baxımından gözlənilməz, fəlakətli nəticələrə, habelə hüquq sisteminə və konstitusiya quruluşuna yönəlmiş ən ciddi təhdidlərə gətirib çıxara bilər.

Bununla əlaqədar olaraq, Ermənistan Baş prokurorluğu Konstitusiya çərçivəsindən kənara çıxmamağa, məsuliyyətsiz addımlardan çəkinməyə, ölkədəki qanunun aliliyinə təhlükə yaradan hər hansı bir təşəbbüsdən, silahlı qüvvələri daxili proseslərə cəlb etmək cəhdlərindən çəkinməyə çağırır",- deyə məlumatda qeyd olunub.

Prokurorluq hərbçiləri, eləcə də sıravi vətəndaşları qanunlara tabe olmaq mövqeyi nümayiş etdirməyə səsləyib, hər hansı bir qanunsuz, konstitusiya əleyhinə prosesin həyata keçiriləcəyi təqdirdə, bunu kimin etməsində asılı olmayaraq, həmin şəxslərin qanunla ən sərt şəkildə cəzalanacağına dair xəbərdarlıq edib.


Xatırladaq ki, bu gün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib. Paşinyan bunu ölkədə hərbi çevriliş cəhdi adlandıraraq, tərəfdarlarını təcili Respublika meydanına çağırıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol