• $
  • €
  • ₽
  • ₺
  • £

Misir Süveyş kanalının bağlanmasına görə 1 milyard dollardan çox təzminat tələb edir

Misir Süveyş kanalının bağlanmasına görə 1 milyard dollardan çox təzminat tələb edir
02.04.2021 20:48
Misir "Ever Given” konteyner daşıyan gəmisinin saya oturması səbəbindən Süveyş kanalında təqribən bir həftə ərzində hərəkətin bağlanmasına görə 1 milyard ABŞ dollarından çox təzminat istəyir.
"Report” "Associated Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə Süveyş kanalı idarəsinin rəisi Ossam Rabey bildirib.
"Araşdırma rəvan getsə və təzminat məbləği razılaşdırılsa, gəmi problemsiz yoluna davam edə biləcək. Ancaq təzminat məsələsi məhkəmə prosesi ilə əlaqəli olarsa, "Ever Given” və onun təxminən 3,5 milyard ABŞ dolları dəyərindəki yükünün Misirdən çıxmasına icazə verilməyəcək”, - O.Rabey deyib.
Ödəniş məbləğinə xilasetmə əməliyyatının dəyəri, Süveyş kanalının bağlı olduğu müddətdə hərəkətin dayandırılması və tranzit yığımları əldə edilməsinin qeyri-mümkünlüyü nəticəsində dəymiş zərərin məbləği daxildir.
200 min tondan çox yükgötürmə qabiliyyəti olan gəmi hazırda kanal holdinqinin göllərindən birindədir. Hökumət və gəminin menecerləri hadisə ilə bağlı araşdırmaların davam etdiyini deyirlər.
Xatırladaq ki, martın 23-ü səhər saatlarında 400 metrlik "Ever Given” konteyner gəmisi saya oturaraq Süveyş kanalının əsas axınında tıxac yaradıb. Martın 28-də gündüz saatlarında gəmini saydan çıxarmaq və ən işlək dəniz keçidlərindən birində hərəkəti bərpa etmək mümkün olub. Kanalın bağlı olduğu hər gün dünya ticarətinə 400 milyon ABŞ dollarına başa gəlib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol