• $
  • €
  • ₽
  • ₺
  • £

Merkellə əyalət baş nazirləri arasında gərginlik: Almaniya üçüncü qapanmaya gedir

Merkellə əyalət baş nazirləri arasında gərginlik: Almaniya üçüncü qapanmaya gedir
12.04.2021 23:00
Almaniya kansleri Angela Merkel və əyalət baş naziləri yenidən koronavirus pandemiyası tədbirlərinə görə qarşı-qarşıya gəliblər.
 
"Report”un Avropa bürosu xəbər verir ki, xanım Merkel yoluxma və ölüm hallarının daha da artması səbəbindən bütün ölkəboyu üçüncü qapanmaya gedilməsini təklif edib.
 
Ancaq bu dəfə də Almaniya kansleri əyalət baş nazirlərinin sərt reaksiyası ilə üzləşib.
 
Xanım Merkelə yekdilliklə etiraz edən əyalət baş nazirlərinə görə, bu, hökumətin əvvəlki normal həyata qayıtmaq üçün sürətləndirdiyi tədbirlərin qarşısına bir sədd çəkir.
 
Alman mediasının xəbərinə görə, baş nazirlərin etirazına baxmayaraq vitse-kansler Olaf Şolts Bundestaqdakı fraksiyalar və əyalət baş nazirlərinin müzakirəsi üçün növbəti pandemiya tədbirlər paketini hazırlayıb. Paketin detallarının bu həftə kansler Angela Merkel ilə əyalət baş nazirlərinin görüşündən sonra açıqlanacağı gözlənilir.
 
Mediaya sızan məlumatlara görə, O.Şoltsun tədbirlər paketi insidans (hər 100 min əhalidən 100-nün virusa yoluxması) dəyərlərinə görə qruplaşdırılıb. İnsidans dəyəri 100-dən çox olan şəhərlərdə sərt karantin rejimi tətbiq ediləcək. Bu da təhsil müəssisələrinin yenidən onlayn dərsə keçməsi, mağaza və marketlərdən başqa digər iaşə obyektlərinin bağlanması deməkdir.
 
Yeni tədbirlər paketində 14 yaşından yuxarı yalnız 5 nəfərin görüşməsinə icazə verilir. Saat 21-dən 5-dək küçəyə çıxma qadağasının tətbiq edilməsi gözlənilir. Bütün əyalətlərdə hazırda əvvəlcədən görüş vaxtı təyin etməklə alış-verişin mümkün olduğu geyim və elektronika mağazaları bağlana, yalnız qida, bağça ləvazimatları, gigeyina məhsulları satan mağazalar, bərbərxanalar və yanacaq doldurma məntəqələri açıq qala bilər.
 
Muzey, teatr, zoopark və bonatika bağlarının fəaliyyətinə növbəti qərara qədər icazə verilməyəcək.
İnsidans dəyərinin 200-dən çox olduğu şəhərlərdə məktəblər bağlanacaq, yenidən onlayn təhsilə keçiləcək. 100-200 arası insidans dəyəri olan şəhərlərdə məktəblilər və müəllimlər həftədə iki dəfə olmaqla sürətli koronavirus testi verəcəklər.
 
Almaniyada infeksion xəstəlikləri öyrənən Robert Kox İnsitutunun yaydığı son məlumata görə, hazırda ölkədə 248 800 aktiv koronavirus daşıyıcısı var. İndiyə kimi 78 353 nəfər bu virus səbəbindən həyatını itirib, virusa yoluxan 2 671 200 nəfər isə sağalıb. Hazırda Almaniya üzrə insidans dəyəri 129,2 olaraq dəyərləndirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol