• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda 20 Yanvar şəhidinin məzarı bərpa olunub

Gürcüstanda 20 Yanvar şəhidinin məzarı bərpa olunub
26.05.2021 19:30
20 Yanvar şəhidi İlqar Əhmədovun doğulduğu Gürcüstanın Bolnisi rayonunun Talaveri (Faxralı) kəndində yerləşən məzarı bərpa olunub.

"Report”un yerli bürosu xəbər verir ki, bərpa işləri Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə həyata keçirilib.

Bərpa işləri çərçivəsində sinə daşı, hasar və dam örtüyü yenilənib, məzarın ətrafı abadlaşdırılıb.

Ötən gün Ilqar Əhmədovun doğum günündə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, yerli icma nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar. Gürcüstan Müsəlmanları İdarəsinin Bolnisi rayonu üzrə nümayəndəsi Adil Nəbiyev şəhidin ruhuna dualar oxuyub.
Ziyarətdən sonra şəhidin anası Nigar Əhmədovanın evinə baş çəkilib. O, şəhid oğlunun xatirəsinin əziz tutulması və məzarın bərpasına görə Azərbaycan səfirliyinə minnətdarlığını bildirib.

Faiq Quliyev İlqar Əhmədovun yaxınlarına başsağlığı verib və bildirib ki, Azərbaycanın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsinə hər zaman dərin ehtiram nümayiş etdirildiyi kimi, onların ailə üzvləri, yaxınlarına da diqqət və qayğı ilə yanaşılır.

 İlqar Əhmədov 1965-ci ilin mayın 25-də anadan olub. O, Bakıda 1990-cı ilin 20 Yanvar hadisələri zamanı 24 yaşında şəhid olub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol