• $
  • €
  • ₽
  • ₺
  • £

“Erməni zabit qızıla görə S-300 sisteminin platasını çıxarıb satır”- Paşinyandan etiraf

“Erməni zabit qızıla görə S-300 sisteminin platasını çıxarıb satır”- Paşinyandan etiraf
29.05.2021 16:31
Heç kim sual vermir ki, 2018-ci ildə Ermənistan Silahlı Qüvvələrində nə üçün belə bir problem yaşanır ki, hərbi qulluqçu məzuniyyətə gedir, lakin ona 10 min dram yol xərcini vermirlər. Deyirlər ki, sən konkret maşınla getməlisən. Hətta əgər sənin valideynin öz maşını ilə gəlib səni aparırsa, təyin olunan konkret maşınla getməsən də, sən yenə də o pulu sürücüyə verməlisən. Belə bir problem olubmu? Kim olmasının qətiyyən önəmi yoxdur. Biz bu məsələlərin dərinliyinə gedirik ki, nə üçün belədir? O zaman deyirlər ki, hərbi hissə komandiri büdcədən hətta yanmış lampaların pulunu belə ala bilmir. Yaxşı hərbi hissə komandiri bunun hamısını öz cibindən edə bilməz axı.

Anews.az xəbər verir ki,  bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Birincisi, hərbi hissə komandirlərinə xırda xərclər üçün büdcə ayırdıq. İkincisi, kiminsə əsgərlərdən bir qəpik də götürməsini qadağan etdik. Əsgərlərin aylıq ödənişlərini artırdıq. Külli miqdarda silah-sursat əldə etdik. Lakin 2018-ci və hətta 2019-cu ildə aydın oldu ki, xeyli zabit vəzifələri boş qalıb, həmin vəzifələri tutan olmayıb. Başa düşürsünüz - ştat olub, lakin xidmət etmək istəyən zabit olmayıb. Əgər əməkhaqların artım tempinə diqqət etsəniz, görərsiniz ki, əsasən taqım komandirləri səviyyəsində əməkhaqlar artırılıb. Nə üçün? Ona görə ki, xidmət etməyi cəlbedici edə bilək", - deyə N.Paşinyan əlavə edib.

"Bu gün bizi nədə desən, günahlandırırlar. Təəssüf ki, Ermənistanda zabit içindəki qızılı əldə etmək üçün S-300 hava hücumundan müdafiə sisteminin üzərindən platanı çıxarıb, aparıb 30-40 min drama satır. Əgər Ermənistan Respublikasında belə bir vəziyyət varsa, əlbəttə ki, bunlar ittiham edilməli məsələlərdir", - deyə Ermənistan baş naziri qeyd edib. (sherg.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol