• $
  • €
  • ₽
  • ₺
  • £

“Tesla” özünün ən sürətli elektromobilini təqdim edib

“Tesla” özünün ən sürətli elektromobilini təqdim edib
11.06.2021 21:00
ABŞ-ın "Tesla” şirkəti özünün yeni "Model S Plaid” elektromobilini təqdim edib.

"Report” TASS-a istinadən xəbər verir ki, "Tesla”nın rəhbəri İlon Maskın apardığı təqdimat şirkətin saytında canlı yayımlanıb.

İş adamı bildirib ki, tənqidçilər "Model S” avtomobilinin yenilənmiş versiyasının son dərəcə sürətli olacağına diqqəti yönəldirdilər və bu cür avtomobillərin buraxılmasına ehtiyac olmadığını qeyd edirdilər. Maskın sözlərinə görə, "Model S Plaid” avtomobilinin işlənib hazırlanması "dayanıqlı energetikanın gələcəyi baxımından son dərəcə əhəmiyyətlidir”.

"Biz, elektromobillərin şəksiz ən yaxşı avtomobillər olduğunu göstərməli idik”, - biznesmen deyib.

"Tesla” şirkətindən bildirirlər ki, "Model S Plaid” bu istehsal seriyasının ən sürətli avtomobilidir. Mask hesab edir ki, "Model S Plaid” istənilən idman avtomobilindən daha sürətlidir. O, istənilən "Porsche”dən daha sürətli, istənilən "Volvo”dan daha təhlükəsizdir”. Onun sözlərinə görə, "Model S Plaid” 2 saniyədən daha az müddətə 96,5 km/saat sürət yığa bilir. Avtomobilin maksimal sürəti isə 320 km/saatdır. Maşın şarjsız 620 km-dən çox məsafə qət edə bilər. "Model S Plaid” avtomobilinin qiyməti təxminən 130 min ABŞ dollarıdır.

Mask qeyd edib ki, artıq 25 "Model S Plaid” avtomobili sifarişçilərinə təqdim edilir. Yaxın həftə ərzində daha yüzlərlə maşın sifarişçilərinə çatdırılacaq.
Xatırladaq ki, "Tesla” şirkətinin əsası 2003-cü ildə İlon Mask tərəfindən qoyulub. Şirkətin mənzil-qərargahı Kaliforniya ştatının Palo-Alto şəhərindədir. Şirkət ilk vaxtlarda yalnız elektromobil istehsalı üzrə ixtisaslaşsa da, sonradan günəş batareyalarının və digər enerji toplayıcı sistemlərin istesalı ilə də məşğul olmağa başlayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol