• $
  • €
  • ₽
  • ₺
  • £

Trampın yeni sosial şəbəkəsi fəaliyyətə başladı

Trampın yeni sosial şəbəkəsi fəaliyyətə başladı
01.07.2021 23:38
ABŞ-ın keçmiş prezidenti Donald Trampın komandası bu gün – iyulun 1-də hər hansı ilkin elansız "Gettr” adlı yeni sosial şəbəkəni istifadəyə verib.

Bu barədə "Report" "Politico"ya istinadən xəbər verir.

Yeni internet platformasının təsvirində deyilir ki, onun missiyası "ləğv mədəniyyətinə qarşı mübarizə", "sağlam düşüncəni" təşviq etmək, "söz azadlığını qorumaq", həmçinin sosial şəbəkələrdəki "inhisarçılara qarşı mübarizə və real bazar yaratmaq"dan ibarətdir.

"Gettr”in inkişafına Trampın prezidentliyi dövründə baş məsləhətçisi olmuş Ceyson Miller rəhbərlik edir.

Nəşr bildirib ki, proqram tvitterə çox oxşayır. Trampın "Gettr”də özünə hesab açıb-açmayacağı hələ məlum deyil, ancaq güman edilir ki, bu xidmət Amerikanın sabiq prezidentinin tərəfdarları ilə onlayn ünsiyyət saxlayacağı platforma olmalıdır.

Qeyd edək ki, sabiq prezident hələ mayda feysbuk, tvitter sosial şəbəkələrində hesablarının bloklanmasını kəskin tənqid edərək, bunu "mütləq biabırçılıq" və Birləşmiş Ştatlar üçün "alçalma" adlandırıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol