• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada avtobusda partlayış zamanı xəsarət alanların sayı artıb - YENİLƏNİB

Rusiyada avtobusda partlayış zamanı xəsarət alanların sayı artıb - YENİLƏNİB
13.08.2021 09:10
Rusiyanın Voronej şəhərində sərnişin avtobusunda baş verən partlayış zamanı xəsarət alanların sayı 18 nəfərə çatıb.

Bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bildirib.

"Xəsarət alanların sayı 18 nəfərə çatdı, onlardan biri - qadın öldü", - Qusev özünün teleqram sosial şəbəkəsindəki hesabında yazıb.

Xəsarət alanlar arasında uşaq yoxdur.

Faktla bağlı cinayət işi qaldırılıb.

Partlayışa avtobusun qaz avadanlığında yaranmış nasazlıq səbəb olub. İlkin ehtimala görə, hadisə qaz sızması nəticəsində baş verib. Partlayış zamanı avtobusda 35 nəfər olub.

*******

Rusiyanın Voronej şəhərində sərnişin avtobusunda baş verən partlayış zamanı xəsarət alanların sayı 16 nəfərə çatıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan 3-ü ağır vəziyyətdədir. Zərərçəkənlərdən biri reanimasiyaya yerləşdirilib, digəri cərrahi əməliyyat edilir.
 
Yaralılardan beşinin vəziyyəti orta ağırdır, ikisinin vəziyyəti qənaətbəxşdir. Daha iki nəfərin xəsarəti yüngüldür.

"RİA Novosti" isə hadisə zamanı ağır xəsarət almış qadının xəstəxanada öldüyünü xəbər verib.

Partlayışa avtobusun qaz avadanlığında yaranmış nasazlıq səbəb olub. İlkin ehtimala görə, hadisə qaz sızması nəticəsində baş verib.

******
Rusiyada sərnişin avtobusu partlayıb.

Bu barədə Rusiya mediası xəbər verir.

Məlumata görə, hadisə Voronej şəhərində olub. Partlayış nəticəsində azı 14 nəfər xəsarət alıb. Regionun nəqliyyata nəzarət xidmətindən bildirilib ki, partlayışa avtobusun qaz avadanlığında yaranmış nasazlıq səbəb olub. "İlkin məlumata görə, avtobusun damında quraşdırılmış qaz balonlarından biri nasaz olub. Qaz sızması baş verib və partlayış olub”, - xidmətdən "İnterfaks”a bildirilib.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol