• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda azərbaycanlı əsirlərin saxlanıldığı yer tapıldı

Ermənistanda azərbaycanlı əsirlərin saxlanıldığı yer tapıldı
14.05.2014 16:57

Ermənilər Kəlbəcərdəki qızıl yataqları və mədən işlərində bizimkilər işlətməklə yanaşı, həm də olmazın işgəncə verirlər.

Qarabağ döyüşlərində 4000-dən artıq azərbaycanlının itkin düşdüyünə dair məlumatlar rəsmi qaynaqlar tərəfindən də təsdiqlənir. Amma erməni tərəfi heç bir şəkildə əllərində azərbaycanlı əsir olduğunu qəbul etmirlər. Lakin bu yaxınlarda üzə çıxan bir fakt erməniləri çətin vəziyyətə salıb. 

JAM.AZ xəbər verir ki, bu yaxınlarda işğal altında olan torpaqlarımıza səfər etmiş qonşu ölkələrdən birinin vətəndaşları əsir azərbaycanlıların işlədildiyi məkanı aşkarlayıb. Daxil olan məlumatlara görə, həmin şəxslər təsadüfən Kəlbəcərdə olublar və Zod kəndi yaxınlığındakı əraziləri gəziblər. Həmin vaxt oradakı mədənlərdə işləyən, çəlimsiz, yarı ac, səfil gündə xeyli sayda adam görüblər. 

Tikanlı məftillərlə əhatələnmiş ərazidə işgəncələrə məruz qalan işləyənlərin kimliyini soruşduqda isə heyrətə gəliblər. Onlara bələdçilik edən erməni bildirib ki, Zod qızıl yataqları və digər mədənlərdə çalışanlar azərbaycanlı əsirlərdir. «Onların bir dəri, bir sümüyü qalmışdı. Erməni əsgərlər onlarla vəhşi kimi davranırdılar. İnsanın gücü çatmayan işlərə vadar edirdilər. Döyürdülər, təhqir edirdilər və sair. Həmin mənzərəni görəndə dəhşətə gəlmişdik. Erməni bələdçi bizə dedi ki, onlar azərbaycanlılardır. Qarabağ müharibəsi zamanı əsir düşüblər. İndi isə ən ağır fiziki işlərdə işlədilirlər».

Həmin şəxslər daha sonra qeyd ediblər ki, əsir azərbaycanlılara gün ərzində bir dəfə yemək verirlər. Onların arasında qadınlar və uşaqların olduğunu da bildirən mənbə vurğulayıb ki, əsirlərin ölməməsinə təəccüb ediblər. «Biz 15-20 dəqiqə onların necə işlədildiyini, hansı işgəncələrə məruz qaldığını uzaqdan da olsa müşahidə elədik. Bu şərtlər daxilində onların həyatda qalmaları bizim üçün inanılmaz idi. O işgəncələr ki, onlara verilirdi, buna insan dözməzdi. Amma görünür, fiziki imkanları bu vəziyyətə dözməyə imkan verib ki, bu illər ərzində sağ qala biliblər». 

Erməni bələdçi isə Qarabağda olan həmin şəxslərə digər mətləblərdən də bəhs edib. O bildirib ki, əsir azərbaycanlıların bir qismi Kəlbəcərdə saxlanılır. «Bizə dedi ki, İrəvanda, Leninakanda, Gümrüdə də əsir azərbaycanlılar az deyil. Onlardan əsasən ağır fiziki işlərdə istifadə olunur. Təəssüf ki, fotoşəkillər çəkməyə imkan vermədilər. Yoxsa, gördüklərimizi lentə alıb, bütün dünyaya yayardıq».

Xatırladaq ki, hələ bir müddət əvvəl də Gürcüstana turist kimi gəlmiş bir neçə erməni Ermənistanda və Qarabağda xeyli sayda azərbaycanlı əsirlərin olduğu barədə məlumat vermişdilər. Lakin onlar əsirlərin saxlanıldığı ünvanları konkret olaraq deməkdən çəkinmişdilər.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol