Türkiyədəki partlayışda ölənlərin sayı 201-ə çatdı

Manisada kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 201-ə çatıb.APA-nın məlumatına görə, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Manisada kömür mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayının 201-ə çatdığını bildirib. Ölən və yaralıların sayının artacağı istisna olunmur. Partlayış baş verən an şaxtada 787 insan olub. Xilasetmə əməliyyatı davam edir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























