• $
  • €
  • ₽
  • ₺
  • £

Misirdə 500-dən çox insan əqrəblərin hücumundan zərər çəkib

Misirdə 500-dən çox insan əqrəblərin hücumundan zərər çəkib
14.11.2021 15:30
Şənbə günü Misirin cənubundakı Asuan əyalətində 500-dən çox insanı əqrəb sancıb.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Xalid Əbd əl-Qaffar bildirib.
Şənbə günü Asuanda nadir rast gəlinən leysan və dolu yağıb və beş ev dağılıb. Təbii fəlakət ölkənin bir sıra digər cənub əyalətlərini də əhatə edib.

Səhiyyə Nazirliyi leysan səbəbindən əqrəb yuvalarının zədələndiyini və buna görə də heyvanların onları tərk edərək yaşayış inalarına yaxınlaşması ilə izah edib.

"Asuanda 503 vətəndaş əqrəb sancmalarına qarşı dərman alıb, sancmalardan ölən olmayıb”, - nazirliyin press-relizində deyilir. Əqrəblərin sancdığı bütün vətəndaşlar artıq xəstəxanalardan evə buraxılıblar.

Nazir əmin edib ki, ölkənin bütün xəstəxanalarında əqrəb və ilan sancmalarına qarşı preparatlar kifayət qədərdir, məsələn, Asuan əyalətindəki xəstəxanalarda hazırda 3 350 doza var.
Səhiyyə Nazirliyi təhlükəli hava şəraitinə qarşı mübarizə planı çərçivəsində vətəndaşlara kömək etmək üçün 2 000-dən çox təcili tibbi yardım maşını və əlavə olaraq 48 avtomobil ayırıb.

Nazirlik vətəndaşları əqrəb sancmalarından sonra dərhal həkimə müraciət etməyə çağırıb. Bunun əlamətləri dişləmə yerində şiddətli ağrı, zəhərlənməyə bənzər simptomlar - qızdırma, qusma, ishal və başqaları daxildir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol