Gürcüstan COVID-19-a qarşı 2 500 doza dərman alıb

Gürcüstan koronavirus infeksiyası əleyhinə əlavə doza dərman vasitələri alıb.
"Hetero Biopharma Limited” şirkətinin istehsalı olan 2 min doza "Tocilizumab” və "Roche” şirkətinin 500 doza "Ronapriv” monoklonal anticisim preparatları artıq ölkəyə çatdırılıb.
Gürcüstanın Səhiyyə Nazirliyindən bildirilib ki, dərmanlar Dünya Bankının layihəsi çərçivəsində tədarük olunub.
COVID-19 xəstələrinin müalicəsində fəal istifadə edilən medikamentlər tibb müəssisələrinə mərhələli şəkildə paylanılacaq.
Qonşu ölkə "Roche” şirkətinin preparatlarını ilk dəfə Almaniya hökumətindən ianə olaraq əldə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























