• $
  • €
  • ₽
  • ₺
  • £

Hindistan Baş Qərargah rəisi helikopter qəzasında həlak olub -YENİLƏNDİ

Hindistan Baş Qərargah rəisi helikopter qəzasında həlak olub -YENİLƏNDİ
08.12.2021 17:12
Hindistan Müdafiə Nazirliyi Baş Qərargahının rəisi Bipin Ravat Rusiya istehsalı olan Mi-17V5 markalı helikopter qəzasında həlak olub, bu barədə Hindistanın müdafiə naziri Raçnat Sinqh bildirib. 
Onun sözlərinə görə, Baş qərargah rəisinin həyat yoldaşı və daha 11 hərbçi helikopter qəzasında ölüb.

*****

Hindistanda hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.

Helikopterin göyərtəsində 14 nəfər olub.

Bildirilib ki, onların arasında Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Bipin Ravat, onun həyat yoldaşı, köməkçisi, şəxsi mühafizə xidmətindən xüsusi təyinatlılar və ölkə Hərbi Hava Qüvvələrinin hərbçiləri olublar. 

Bildirilib ki, qəza yerindən 5 nəfərin meyiti aşkarlanıb, bir neçə nəfər ağır xəsarətlə hospitala yerləşdirilib.

*****

Göyərtəsində Hindistan Müdafiə Nazirliyi Baş Qərargının rəisi Bipin Ravatın da olduğu helikopter qəzaya uğrayıb.

Helikopterin göyərtəsində daha 3 yüksək rütbəli hərbçi olub.

Bildirilib ki, hadisə dekabrın 8-də Hindistanın Tamçiland ştatında baş verib.

Məlumata görə, hadisə yerində 3 yaralı aşkar olunub, 4-cü şəxsin axtarışı davam edir.

Müdafiə Nazirliyinin Baş Qərargah rəisi ştatı 2019-cu ilin dekabrında yaradılıb. O, Hindistan ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin fəaliyyətini əlaqələndirir. O, müdafiə texnologiyası və texnikanın alınması məsələlərini də koordinasiya edir. General Bipin Ravat bu posta təyin olunmuş ilk şəxsdir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol