• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyanın deputat qaynı Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırıldı

Paşinyanın deputat qaynı Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırıldı
13.12.2021 19:27
Ermənistanın hakim "Vətəndaş müqaviləsi” partiyasının üzvü, Baş nazir Nikol Paşinyanın qaynı Hraçya Akopyan parlament binasında bu yaxınlarda baş vermiş davadan sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

"Qafqazinfo” xəbər verir ki, bu məlumatı "Sputnik Ermənistan”a Akopyan özü təsdiqləyib.

"Bəli, məni Milli Təhlükəsizlik Xidmətinə çağırdılar və müvafiq izahatlar verdim. Bu, iki gün əvvəl olub”, - deyə Paşinyanın qaynı bildirib.
Deputat güc strukturuna hansı statusda - şahid, yoxsa şübhəli şəxs kimi çağırıldığını söyləməkdə çətinlik çəkib. O hesab edir ki, proses statusun dəqiqləşdirilməli olduğu mərhələyə çatmayıb. Akopyan insidentin digər iştirakçılarının MTX-yə çağırılıb-çağrılmaması barədə məlumatı olmadığını deyib.

Deyilənlərə əlavə edəcək heç nə olmadığını deyən millət vəkili dava ilə bağlı şərh vermək istəməyib.

Xatırladaq ki, dava dekabrın 7-də hakim "Vətəndaş müqaviləsi” fraksiyasının deputatları ilə "Hayastan” fraksiyasından olan deputatların köməkçiləri arasında baş verib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol