• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniyada Bəşər Əsədin keçmiş kəşfiyyatçısına ömürlük həbs verildi

Almaniyada Bəşər Əsədin keçmiş kəşfiyyatçısına ömürlük həbs verildi
14.01.2022 21:27
Almaniyanın qərbindəki Koblenz şəhər məhkəməsi Suriya xüsusi xidmət orqanlarının keçmiş polkovniki Ənvər Raslana qarşı hökm çıxarıb.
"Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 58 yaşlı Raslan qətliamda və işgəncələrdə iştirakda təqsirli bilinərək əfv istəmə hüququ olmadan ömürlük həbs cəzasına məhkum edilib. Hüquq müdafiəçiləri və media suriyalı zabitin məhkəməsini "tarixi hadisə” adlandırır.

Müstəntiqlərin bildirdiyinə görə, 2011 və 2012-ci illərdə Ənvər Raslan Dəməşqin ətrafından birində yerləşən gizli Əl-Xətib həbsxanasında həbslərə, dindirilmələrə və işgəncələrə rəhbərlik edib. O, 27 məhbusu öldürməkdə və ən azı 4000 məhbusa işgəncə verməkdə təqsirli bilinib.
Bu iş üzrə məhkəmə 2020-ci ilin aprelində açılıb. Müzakirələr ötən cümə axşamı başlayıb. Məhkəmə 80 şahidin ifadələrini dinləyib. Onlar Suriyada "yer üzündə cəhənnəm” kimi tanınan həbsxanada məruz qaldıqları zorakılıqlardan danışıblar.

Ənvər Raslan Əl-Xətib həbsxanasının nəzdindəki 251 saylı sorğu-sual bölməsinə rəhbərlik edirdi. Koblenz məhkəməsinin sədri Anne Kerber deyib ki, şahidlər "Suriya rejiminin qorxusuna" baxmayaraq ifadə veriblər. Onun sözlərinə görə, Əl-Xatibin məhbuslarına aclıq və havadan məhrum olmaq da daxil olmaqla vəhşicəsinə işgəncələr verilib:
"Onları döyüblər, biləklərindən asıblar, elektroşoklarla işgəncə veriblər və yandırıblar. Onlar böyük psixoloji təzyiq altında olublar. Çoxları buna dözməyib, dəli olub və ya intihara cəhd edib”.
Eyni zamanda, bəzi şahidlər Suriyada qalan yaxınlarının həyatından qorxaraq hələ də məhkəmədə danışmaqdan imtina ediblər. Digərləri isə çıxışları zamanı - üzlərini gizlədiblər və ya məhkəmə zalına pariklərdə gəliblər. 

Ənvər Raslanın özü 103 gün davam edən məhkəmə prosesində bir söz belə deməyib. Hökm çıxarılan gün Raslan hökmü "emosiya nümayiş etdirmədən” sakit qarşılayıb. Onun vəkilləri qərardan apellyasiya məhkəməsinə şikayət etmək niyyətindədirlər.


Ənvər Raslan barədə hökm Bəşər Əsəd rejiminin yüksək rütbəli məmuruna qarşı ilk belə məhkəmə qərarı olub. 2021-ci ilin fevral ayının əvvəlində Koblenz məhkəməsi Raslanın tabeliyində olanlardan biri, Suriya kəşfiyyatının zabiti Eyad əl-Qəribi insanlığa qarşı cinayətlərdə iştirak etdiyinə görə dörd il yarım müddətinə azadlıqdan məhrum edib.
Alman polisi Ənvər Raslanı 2019-cu ilin fevralında həbs edib. 7 il əvvəl, 2012-ci ildə Raslan ölkəni tərk edərək İordaniyaya qaçıb, orada Suriya müxalifətinə qoşulub və hətta 2014-cü ildə Cenevrədə Suriya üzrə ikinci sülh konfransında iştirak edib. 2015-ci ildə Raslan və ailə üzvləri Almaniyadan sığınacaq alıb.
"Le Monde” qeyd edir ki, keçmiş polkovnik Almaniyadakı digər suriyalı qaçqınlar tərəfindən də tanınıb. Hələ 2017-ci ilin avqustunda Raslan müharibə cinayətlərində şübhəli bilinən suriyalının işində şahid qismində dindirilib. Dindirmə zamanı o, işgəncə konveyerindəki rolundan danışıb.
"Human Rights Watch” təşkilatının hüquq müdafiəçiləri Koblenz məhkəməsinin qərarını alqışlayıblar. 
Almaniyanın ədliyyə naziri Marko Buşman Koblenz məhkəməsinin digər ölkələr üçün nümunə olacağına ümid etdiyini bildirib: "Ümid edirəm ki, digər hüquq dövlətləri də buna əməl edəcəklər. İnsanlığa qarşı cinayət törətmiş insanlar sığınacaq tapmamalıdırlar”.
 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol