• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın hansı bölgələrinə daha çox əsgər cənazəsi gətirilib?

Rusiyanın hansı bölgələrinə daha çox əsgər cənazəsi gətirilib?
10.03.2022 12:53
Rusiya hakimiyyəti "xüsusi əməliyyat” adı altında Ukraynaya hərbi müdaxiləsinin uğurla davam etdiyini hələ də israr edir. Rusiya Müdafiə Nazirliyi artıq bir həftədir ki,  döyüş itkiləri barədə məlumat vermir. BBC rəsmi məlumatlara əsaslanaraq Rusiyanın neçə bölgəsinə Ukraynadan Rusiya hərbiçisinin cənazəsinin gətirildiyini hesablayıb. 

Rusiya Müdafiə Nazirliyi itkiləri barədə ilk dəfə martın 2-də məlumat verib. Belə ki, müharibənin başlamasından bir həftə sonra hərbi qurum 498 hərbçisinin öldüyünü bildirib. O vaxtdan bəri heç bir yeni məlumat dərc olunmayıb.

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin daha çox olduğunu düşünür.  

Rusiya vilayətlərinin hakimiyyət orqanları müharibədə həlak olanlar barədə  ad, soyad və rütbələrini qeyd etməklə mütəmadi məlumat verirlər. İlk dəfə bunu Dağıstanın başçısı Sergey Melikov edib. Fevralın 26-da o, zabit Nurməhəmməd Hacımaqomedovun ailəsinə başsağlığı verib. Ondan sonra digər qubernatorlar da belə etməyə başlayıblar.

Beləliklə regional hakimiyyətlər ən azı 71 nəfərin ölməsi barədə məlumat verib. Onların əksəriyyətinin adı  açıqlanıb.
 


Bu məlumatlardan belə çıxır ki, ən azı 39 regiona  "Yük 200"  çatdırılıb. 

"Yük 200" – Cəsəd sözünün yerinə istifədə edilən evfemizmdir.  Tabutla birlikdə yükün çəkisi təxminən 200 kq olduğu üçün sənədləşmədə adı "yük 200” gedir.

Ümumilikdə, ilhaq edilmiş Krım və Sevastopolu saymasaq, Rusiyada 83 federasiya subyekti var.

Rəsmi məlumata əsasən ən çox itki Buryatiya verib. Buranın başçısı 8 nəfərin öldüyünü açıqlayıb.  Əksər digər bölgələrdən 1 və ya 2 nəfər hərbçi ölüb. 
 


Əsirlər barədə nə məlumdur?

Rusiya Müdafiə Nazirliyi hələ də əsir düşmüş  hərbçilərin sayı barədə heç bir məlumat vermir.  Amma martın 9-da daimi hərbi qulluqçülarla bərabər çağırışçıların da Ukraynada döyüşdüyünü eiraf edən nazirliyin mətbuat katibi İqor Konaşenkonun sözlərindən bəlli olur ki,  rus hərbçiləri arasında əsir düşənlər var. 

"Bir sıra hərbi qulluqçular, o cümlədən də çağırışçılar əsir götürülüb",  -  o deyib.  


Fevralın 27-də Ukrayna Daxili İşlər Nazirliyi rus hərbçilərinin yaxınlarına ölən və əsir düşən Rusiya  hərbçiləri barədə məlumat almaq üçün onlayn platformadan bəhrələnməyi təklif edib. Elə həmin gün bu sayt Rusiya Baş Prokurorluğunun tələbi ilə Roskomnadzor tərəfindən bloklanıb.


Rusiyanın regional hakimiyyəti belə resursların "Ukrayna və Qərb kəşfiyyat xidmətlərinin sifarişi ilə” Rusiya hərbçiləri haqqında məlumat toplamaq üçün yaradıldığını bəyan edib.

ABŞ kəşfiyyatı isə Ukraynada keçirilən hərbi əməliyyatın ilk iki həftəsində Rusiya ordusunun 5-6 min hərbçisinin öldüyünü bildirir. Bunu CBS-ə Vaşinqtondakı adının anonim saxlanmasını istəyən mənbə bildirib.

Mənbə əlavə edib ki, yaralıların sayı  ölənlərin sayından  təxminən üç dəfə çoxdur və 15-18 min nəfər təşkil edir.

Rəsmi Kiyev Rus ordusunun şəxsi heyətindən 12 min nəfərin öldüyünü və yaralandığnı bəyan edib. 
 
Elnur Rand

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol