• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada həlak olan azərbaycanlı ailənin övladları Rusiyaya təxliyə olunub

Ukraynada həlak olan azərbaycanlı ailənin övladları Rusiyaya təxliyə olunub
14.03.2022 15:34
Ukraynanın Xarkov vilayətinin Çirkun kəndində yaşadıqları evə raket düşməsi nəticəsində həlak olan azərbaycanlı ailənin sağ qalan övladları Rusiyaya təxliyə olunub.
 
Hadisə zamanı həlak olan Emin Mahmudovun qardaşı Ramin Mahmudov bildirib ki, uşaqlar hazırda Rusiyanın Oryol şəhərindədir.
 
"Rusiyada yaşayan həmkəndlilərimizin köməyi ilə qardaşımın övladlarını sərhəddən götürmək mümkün olub. Əlaqə saxlamışam, vəziyyətləri yaxşıdır. Onların Azərbaycana gətirilməsi üçün sabahdan işlərə başlayacağam. Ola bilsin özüm gedim, çünki uşaqlar bizim soyadımızı daşıyır. Vətənə gələndən sonra mənim himayəmdə qalacaq”, - R.Mahmudov söyləyib.
 
Hadisə martın 5-də baş verib. Azərbaycanlı ailənin yaşadığı evə mərmi düşməsi nəticəsində Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qaynanası dünyasını dəyişib. Onların 3 övladı isə sağ qalıb.
 
Emin Mahmudov əslən Lənkəran rayonunun Boladi kəndindəndir.(Report)


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol