• $
  • €
  • ₽
  • ₺
  • £

Rus məmurlarının övlad və məşuqələrinin Qərb ölkələrindəki dəbdəbəli həyatı - FOTOLAR

Rus məmurlarının övlad və məşuqələrinin  Qərb ölkələrindəki dəbdəbəli həyatı - FOTOLAR
13.04.2022 18:42
Ukraynaya hücumundan sonra hədəfə çevrilən rus məmurlarının övladları Rusiyanın sərt tənqid etdiyi Qərb ölkələrində illərlə dəbdəbəli həyat sürüb, bahalı məktəblərdə oxuyub.
 
Rusiyanın Ukraynaya təcavüzü nəticəsində  ölənlərin və dağıntıların sayı artdıqca  Rusiya administrasiyası nümayəndələrinin və oliqarxların Qərb ölkələrindəki aktivlərinə də diqqəti çoxalır.
 
CNN televiziyası əsas diqqəti Rusiya administrasiyasının aparıcı şəxslərinin övladlarının dəbdəbəli həyatına yönəldib. Kremldə çalışan məmurların  əksəriyyəti Qərb ölkələrində bir çox bahalı mülklərə sahibdir və bu ölkələrdə hər gün sərt bəyanatlarla  tənqid olunurlar. Onların övladları da Avropa və ABŞ -ın elit universitetlərində təhsil alır , şəxsi təyyarələrdə səyahət edir,  xizək tətillərində və bahalı mənzillərdə dəbdəbəli həyat sürürlər.

Rusiya administrasiyasının ən tanınmış simalarından olan Kremlin sözçüsü Dmitri Peskov,  həyat yoldaşı və iki uşağı  "dövlət qulluqçusu maaşı ilə dəbdəbəli həyatı”na görə ABŞ sanksiyalarına məruz qalıb.

Peskovun əvvəlki nikahlardan olan övladları Qərbi Avropada böyüyüb. Peskovun Parisdə təhsil alan və sosial şəbəkədə fotoları ilə diqqət çəkən 24 yaşlı qızı Yelizaveta Peskova Parisdə anası ilə birlikdə 2 milyon dollar dəyərində lüks evdə yaşayır. O, əvvəllər Rusiya kanallarından birinə Avropada özünü daha rahat hiss etdiyini, Rusiya təhsil sisteminin çox pis olduğunu deyərək mübahisə yaradıb. Əvvəllər Avropa Parlamentində təcrübə keçən Peskovanın bir müddət əvvəl İnstaqram hesabında "Müharibəyə yox” mesajı paylaşması diqqət çəkib. 
 

 
Peskovun İngiltərədə böyüyən oğlu Nikolay Çoles şəxsi təyyarəsi ilə etdiyi  səyahətlər, Moskvadakı bahalı evi və dəbdəbəli avtomobilləri ilə tanınır.

Rusiya xarici işlər naziri Sergey Lavrovun qızı da London və Nyu-Yorkda təhsil alıb. Hazırda 39 yaşlı Yekaterina Vinokurova London İqtisadiyyat Məktəbində təhsil aldıqdan sonra 17 ildir ki, Nyu Yorkda yaşayır.

Lavrovun məşuqəsinin qızı Polina Kovalyovanın Londonun ən bahalı rayonlarından birində 5,8 milyon dollarlıq evdə yaşadığı məlum olub.
 
Korrupsiyaya Qarşı Mübarizə Fondu Kovalyovanın Kensinqtondakı mənzili 21 yaşında aldığını üzə çıxarıb. Mənzil onun  təhsil  aldığı İmperator Kollecinə o qədər yaxın yerləşir ki, xanım Kovalyova dərsə piyada gedib gələ bilir. 
 
Lavrovun ictimaiyyət qarşısında daha az görünən qızı,  39 yaşlı  Yekaterina Vinokurova London İqtisadiyyat Məktəbində magistr dərəcəsini almazdan əvvəl 17 il yaşadığı Nyu Yorkdakı Kolumbiya Universitetində oxuyub. Həm Kovalyovaya, həm də Vinokurovaya bu yaxınlarda Böyük Britaniya tərəfindən sanksiya tətbiq edilib.
 

 
"Bu, Rusiyanın təcavüzündə iştirak edənlərin bizim sanksiyalar çərçivəsində cəzalandırılması ilə bağlı güclü siqnaldır", - Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Kovalyovaya qarşı sanksiyalardan danışarkən deyib.

Rusiyanın müstəqil media orqanı "Proyekt”in "Pandora Sənədləri” adlı araşdırmaya əsaslanaraq yadığına görə, Putinə qız doğduğu  iddia edilən məşuqələrindən biri uşaq doğulandan bir neçə həftə sonra Monakoda 4,1 milyon dollarlıq mənzilin sahibi olub.
 
Putinin böyük qızı Mariya holland əri ilə birlikdə 3,3 milyon dollarlıq mənzildə yaşayır, kiçik qızı Katerina isə Fransada milyonluq evə sahibdir.

Putinin sevgilisi olduğu iddia edilən keçmiş gimnast Alina Kabayeva  sanksiyalardan gizlənmək üçün uşaqları ilə birgə  İsveçrədə dəbdəbəli villasında  yaşayır. Bu xəbər daha əvvəl mətbuatda öz əksini tapıb.

Kaliforniya Universitetinin Rusiya üzrə eksperti Daniel Treisman, Rusiya liderlərinin Qərbi daim tənqid etdiyi halda, övladlarının Qərb ölkələrində dəbdəbəli yaşamasını "açıq ikiüzlülük” kimi qiymətləndirib. 
 
Rusiya rəsmiləri və onların ailələrinin Qərblə əlaqələri də zaman-zaman Rusiya daxilində mübahisələrə səbəb olur. Rusiya məmurlarının azyaşlı uşaqlarının xaricdə təhsil almasını qadağan edən qanun layihəsi 2016-cı ildə Rusiya parlamentinin aşağı palatası tərəfindən rədd edilib. 

 
Ləman Qasımova 


www.anews.az
Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol