• $
  • €
  • ₽
  • ₺
  • £

ÜST-dən Ukraynaya 218 ton yardım aparılıb

ÜST-dən Ukraynaya 218 ton yardım aparılıb
20.04.2022 21:33
Fevralın 24-dən bugünə kimi Ukraynaya 218 ton təcili tibbi ləvazimat çatdırıb, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
 
ÜST bu həftə 15 generatoru Ukraynaya çatdırmağı planlayır.

ÜST-ün sözçüsü Banu Batnaqar deyib ki, 3 generator Luhanks və Donetskə göndəriləcək. Sözügedən ərazilərdə enerji təchizatına ciddi ziyan dəyib.

Digər generatorlar Rusiyanın ağır atəşlərinə məruz qalan Xarkov və mühasirəyə alınan Mariupol üçün nəzərdə tutulub

ÜST indiyədək səhiyyə müəssisələri, təcili yardım maşınları və tibb işçilərinə 147 hücum qeydə alıb. Hücumlar nəticəsində 73 nəfər ölüb, 52 nəfər yaralanıb. Onun sözlərinə görə, bu cür hücumlar insanlara yardım etməyə əngəl yaradır. 

"Ölkənin müəyyən yerlərində döyüşlər bizim bəzi ərazilərdəki tədarük zəncirimizi təhlükəyə ata bilər. Biz bu riskin qarşısını almaq üçün Səhiyyə Nazirliyinə ianələrimizi artırırıq. Biz, həmçinin təchizatları əvvəlcədən əlavə yerlərə yerləşdirməyi nəzərdən keçiririk ki, onların təsirə məruz qalan ərazilərə çatdırmaq üçün anbarlar şəbəkəsini quraq", - o bildirib.
 
ÜSt 1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minib.Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir.Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır.
 
Ləman Qasımova 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol