• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin keçmiş kürəkəninin də villasına həbs qoyuldu - SİYAHI

Putinin keçmiş kürəkəninin də villasına həbs qoyuldu - SİYAHI
28.04.2022 13:43
Fransada rusiyalı oliqarxlara məxsus daha 3 malikanəyə həbs qoyulub. Bu barədə BFM TV məlumat yayıb.

Telekanalın məlumatına görə, ölkənin İqtisadiyyat və Maliyyə Nazirliyi həbs edilən Rusiya əmlakları siyahısına Rusiyanın alüminium nəhəngi "Rusal” şirkətinin rəhbəri Oleq Deripaskanın 2005-ci ildə alınmış Sankt-Trope və Ramatyuel bələdiyyələri arasında yerləşən böyük villasını əlavə edib.
 


Biarrits şəhərindəki ikinci villa isə Rusiyanın ən böyük neft-kimya şirkəti "Sibur”un bir neçə yüz milyonluq bazar dəyəri ilə 100 dollara pay alan rus oliqarxı, Rusiya Prezidenti Vladimir Putinin keçmiş kürəkəni Kirill Şamalova (Katerina Tixonovanın keçmiş həyat yoldaşı, 2013-2018-ci illərdə evli olublar – red.) məxsusdur. BFM TV-nin məlumatına görə, onun atası Nikolay Şamalov Putinin "şəxsi bankiri” kimi tanınır.
 

 
Üçüncü həbs edilmiş malikanə Sen-Jan-Kap-Ferrada yerləşir və onu 2000-ci illərdə almış çeçen iş adamı, "Alliance” qrupunun prezidenti Musa Bajayevə məxsusdur. Villa Versalın yanında yerləşən məşhur saray əsasında tikilib.
 


Avropa İttifaqında sanksiya tətbiq edilən rusiyalı oliqarxların əmlaklarına həbs qoyulur, hesabları dondurulur. BFM TV xəbər verir ki, Fransa artıq dörd yaxta, altı helikopter və 30-a yaxın villanı dondurub.

"Forbes”in aprelin 17-nə olan məlumatına görə, Fransa sanksiyaya məruz qalan rus oliqarxların ümumi dəyəri 920 milyon dollar olan 41 mülkünü dondurub.(qafqazinfo)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol