• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda 10 noyabr iğtişaşları ilə bağlı 25 nəfər təqsirləndirilir

Ermənistanda 10 noyabr iğtişaşları ilə bağlı 25 nəfər təqsirləndirilir
27.06.2022 15:02
İrəvanda baş vermiş kütləvi noyabr iğtişaşlarla bağlı cinayət işi çərçivəsində 25 nəfər təqsirləndirilir, bu barədə Ermənistan Baş prokurorunun müşaviri Qor Abramyan məlumat verib.
 
O bildirib ki, 29 nəfər barəsində daha 10 cinayət işi ittiham aktı ilə İrəvan birinci instansiya məhkəməsinə verilib, onlardan 9-u barəsində hökm çıxarılıb.

Abramyan qeyd edib ki, bir iştirakçıya şərti olaraq 4 il cəza verilib, 5 il sınaq müddəti təyin edilib, daha iki nəfərə 4 il həbs cəzası verilib, lakin apellyasiya şikayətindən sonra müddət 2 ilə salınıb.

Daha bir cinayət işində məhkəmə iğtişaşçının 150 min dram (indiki məzənnə ilə 375 dollar) məbləğində cərimələnməsinə qərar verib.

Abramyanın sözlərinə görə, üç nəfər şərti olaraq 3 il müddətinə azadlıqdan məhrum edilib, onlara 2 il sınaq müddəti verilib; ikisinə 3 il həbs və 500 min dram pul cəzası, digərinə isə 6 il həbs cəzası verilib.

2020-ci il noyabrın 10-na keçən gecə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatını imzalamasından sonra bir qrup şəxs etiraz əlaməti olaraq hökumət və parlament binalarına soxulub və parlamentin o zamankı sədri Ararat Mirzoyanı da döyərək, ona ağır bədən xəsarətləri yetirib.

Mənbə - apa 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol