• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Silahlı Qüvvələri İlan adasını vurmaq istəyib

Rusiya Silahlı Qüvvələri İlan adasını vurmaq istəyib
06.07.2022 12:19
Rusiya Silahlı Qüvvələri İlan adasına zərbə endirməyə çalışıb, bunu Ukrayna Cənub Dairəsinin Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Nataliya Qumenyuk deyib.

"Bayrağımız oradadır, öz yerindədir. Rusiya ordusu havadan kəşfiyyat aparmağa çalışıb. Lakin silahlarımızın hazır vəziyyətdə olduğunu görüb, uzaqlaşıblar”, - o deyib.

Fevralın 24-də ruslar tərəfindən ələ keçirilmiş  İlan adası Ukrayna sahillərindən cəmi 35 km aralıda yerləşir - sahildən raket, artilleriya və dron zərbələri endirmə məsafəsindədir. Mayda Rusiya MN adaya enməyə çalışan Ukrayna desantının qarşısını aldığını bildirmişdi. Ukrayna da, öz növbəsində, ada yaxınlığında bir neçə Rusiya gəmisinin vurulduğunu açıqlamışdı. Qara dənizinin şimal-qərbindəki İlan adası Odessa vilayətinin sahilinə və Odessa limanına girişə nəzarət uğrunda mübarizədə mühüm önəmə malikdir. Dörd aydan çox Ukraynanın dəfələrlə bombalanmasından sonra Rusiya qüvvələri Ukraynanın İlan və ya "Zmiinyi” adasını tərk edib. Rusiya Müdafiə Nazirliyi iyunun 30-da İlan adasından çıxmışdı. Həmin günədək Rusiya ordusu İlan adası istiqamətində xeyli itki verdiyi deyilir. Lakin Rusiyanın Müdafiə Nazirliyi son aylar Ukraynada verdiyi itkilərin sayını açıqlamır.

Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır. Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır. Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
 
Ləman Qasımova


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol