• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın hücumu səhiyyə sisteminə ZƏRƏR VURUB

Rusiyanın hücumu səhiyyə sisteminə ZƏRƏR VURUB
15.08.2022 13:22
Fevralın 24-dən bu günə kimi davam edən Rusiya ilə müharibə dönəmində Ukrayna xəstəxanalarına və digər tibb müəssisələrə 455 hücum qeydə alınıb. Rusiyanın hücumlar nəticəsində 86 nəfər ölüb, 105 nəfər xəsarət alıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəsmi saytı məlumat yayıb.

Ukrayna rəsmiləri Rusiyanın ölkə səhiyyəsinə verdiyi zərərlərin daha çox olduğu qənaətindədir. Belə ki, Ukrayna səhiyyə naziri Viktor Liaşko Associated Press xəbər agentliyinə müsahibəsində bildirib ki, Rusiya rəsmiləri dəfələrlə işğal olunmuş şəhərlərdə, qəsəbələrdə və kəndlərdə sakinlərə dövlət tərəfindən subsidiyalaşdırılmış dərmanların çatdırılmasına imkan verməyib.
 
Nazir qeyd edib ki, Rusiyanın hücumu ilə dağılmış ərazilərə də təcili tibbi yardım maşını çağırılan vaxtında gələ bilmir.
 
"Müharibənin altı ay müddətində Rusiya xəstələrin ehtiyac duyduğu dərmanları bizim təchiz etməyimiz üçün müvafiq humanitar koridor təşkil etməyib. Hal-hazırda Ukraynanın nəzarət etdiyi ərazilərdə yollar və körpülər dağılmış haldadır. Belə vəziyyətdə ürək tutması və ya infarkt olan insanları xəstəxanaya çatdırmaq çətindir. Biz inanırıq ki, Rusiya bu addımı bilərəkdən atır və biz bunu insanlığa qarşı cinayət, müharibə cinayəti kimi qəbul edirik. Bu addımlar sənədləşdiriləcək və tanınacaq" - Ukrayna rəsmisi bildirib. 
 
Birləşmiş Millətlər Təşkilatının nümayəndələri deyib ki, xəstəxanaların və infrastrukturun dağıdılması, o cümlədən 7 milyon insanın evlərindən köçkün düşməsi müalicələrə təsir edib
 

Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
 
Ləman Qasımova
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol