• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa İttifaqı Ukraynaya dəstək üçün hərbi təlim missiyası yaradıb

Avropa İttifaqı Ukraynaya dəstək üçün hərbi təlim missiyası yaradıb
06.10.2022 13:57
Avropa İttifaqı Ukrayna üçün rəsmi olaraq hərbi təlim missiyasına başlamaq niyyətindədir, bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.

O bildirib ki, Rusiyanın təhdid və şantajlarına baxmayaraq, oktyabrın 17-də missiya rəsmi olaraq fəaliyyətə başlaya bilər.

Ali nümayəndə Aİ-nin Ukraynaya dəstəyinin davam edəcəyini söyləyib.
 
"Biz Ukrayna ərazilərinin ilhaqını heç vaxt tanımayacağıq. Rusiyanın təhdidləri və eskalasiyasından qorxmayacağıq. Əksniə, biz Kiyevə dəstək strategiyamızı gücləndirəcəyik - hərbi, maliyyə və siyasi dəstəyimizi artıracağıq”, - o deyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bu məsəyə münasibət bildirib. O deyib ki, Aİ Ukraynaya hərbi yardım göstərmək üçün missiya yaratsa, bu, ittifaqın münaqişədə iştirakı kimi qiymətləndiriləcək.

Oktyabrın 17-də Aİ Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevral ayının 24-də başlayıb.

Sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində "referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə "referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşdirilməsini dəstəkləyib.

Rəsmi Kiyev, beynəlxalq təşkilatlar və dünyanın heç bir ölkəsi "referendum”ların nəticəsini tanımayıb.

Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb.
Həmin gün Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb. Mərasim Moskvada Böyük Kreml sarayının Georgiyevsk zalında keçirilib.
Sazişləri Rusiya Prezidenti Vladimir Putin, separatçı "Donetsk Xalq Respublikası”nın, "Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinin rəhbərləri imzalayıblar.
Rusiya Dövlət Duması və Federasiya Şurasının ratifikasiyasından sonra oktyabrın 5-də V.Putin sazişləri təsdiqləyib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol