• $
  • €
  • ₽
  • ₺
  • £

Saakaşvili azadlığa buraxılması üçün Fransaya müraciət edib

Saakaşvili azadlığa buraxılması üçün Fransaya müraciət edib
14.12.2022 15:07
Gürcüstanın keçmiş lideri Saakaşvili azadlığa buraxılması üçün müraciət edib. Bu barədə "BBC News” məlumat verib.

"SOS. Ölürəm, çox az vaxtım qalıb",- Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Fransa prezidentinə əl ilə yazdığı məktubda bildirib.

 54 yaşlı Saakaşvili vəzifədə olarkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinərək bir ildən artıqdır ki, Gürcüstan həbsxanasındadır.

Tiflis məhkəməsi onun xaricdə müalicə alması üçün onun cəzasının təxirə salınması və ya humanitar əsaslarla azad edilməsi məsələsinə baxmalıdır.

O ümid edir ki, beynəlxalq ictimaiyyət onu azad etmək üçün Gürcüstana təzyiq göstərəcək.

Sonuncu dəfə aprel ayında məhkəmə iclasında ictimaiyyət qarşısında görünən keçmiş prezidentin hazırda əhəmiyyətli dərəcədə arıqladığı və köməksiz hərəkət edə bilməyəcəyi bildirilir. Onun çərşənbə günü paytaxtda keçiriləcək məhkəmə iclasında uzaqdan iştirak edəcəyi gözlənilir.

Saakaşvili həbsinə qarşı iki aclıq aksiyasından sonra 2022-ci ilin mayında Tbilisidəki özəl Vivamedi klinikasına köçürülüb və orada bir otağa məhkum edilib.

Gürcüstanda işgəncə qurbanlarını dəstəkləyən Empati təşkilatı dekabrın 1-də ona "həbslə bir araya sığmayan” xəstəliklər diaqnozu qoyulduğunu, gürcü və xarici tibb ekspertlərinin ağır metal zəhərlənməsinə dair sübutlar tapdığını iddia edib.

Saç nümunələrində yüksək səviyyədə civə aşkar edilib.

Lakin Gürcüstan hökuməti Saakaşvilinin həyatının təhlükədə olduğunu inkar edir.

"Kimliyindən asılı olmayaraq, heç kimin özünü qanundan üstün tutmasına icazə verməyəcəyik. Saakaşvilinin depressiyaya düşdüyünü, mühitdən xoşu gəlmədiyini eşitmişəm. Həbsxana mühiti hansı məhbusun xoşuna gəlir?", - Baş nazir İrakli Qaribaşvili dekabrın 7-də yerli mətbuata bildirib

Keçmiş prezident Gürcüstanda tərəfdarları ilə onun vəzifədə törətdiyi cinayətlərə görə cəzalandırılmasını istəyənlər arasında gərginliyi qızışdırıb.

Mixail Saakaşvilli 2003-cü ildə Gürcüstanda Qızılgül İnqilabı adlanandan sonra hakimiyyətə gəlib və böyük islahatlara imza atıb, ölkəni daha Qərb demokratiya sisteminə doğru istiqamətləndirməyə kömək edib. Hakimiyyətinin son illərində o, getdikcə avtoritarlaşmaqda ittiham olunurdu.

O, 2012-ci ildə partiyası seçkilərdə məğlub olana qədər ölkəyə rəhbərlik edib, daha sonra mühakimə olunmamaq üçün Gürcüstanı tərk edib.

Saakaşvili qiyabi mühakimə olunub və 2018-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş prezidentə qarşı əlavə cinayət işləri var, o cümlədən ötən ilin sentyabrında Gürcüstana qaçaq yolla qayıtdıqdan sonra dövlət sərhədini qanunsuz keçdiyi üçün ona ayrıca cinayət işi açılıb.

Lakin onun tərəfdarları onun mühakimə olunmasının şəffaf siyasi qisas olduğuna inanırlar.

Gürcüstan hökuməti onun şimal qonşusuna yanaşmasının praqmatik olduğunu iddia edir və müxalifəti Gürcüstanı Rusiyanın müharibəsində qarışdırmaqda ittiham edir.

Saakaşvili özünü prezident Vladimir Putinin məhbusu kimi qələmə verir.

 "Mən bütün həyatım boyu Gürcüstanda və Ukraynada Rusiyanın imperialist siyasətinə qarşı azadlıq və islahatlar uğrunda mübarizə aparmışam. Putin məni özünün əsas düşmənlərindən biri hesab edir", -Saakaşvili Fransa prezidentinə yazdığı notda yazıb. 

Rusiya lideri 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı Gürcüstanın hazırda Rusiyanın işğalı altında olan Cənubi Osetiya bölgəsi uğrunda Saakaşvilini "toplarından” asmaqla hədələyib.
Eduard Saakaşvili bu həftə Avropa Parlamentində jurnalistlərə xəbərdarlıq edib ki, atasının səhhəti pisləşir və getdikcə zəifləyir: "Əvvəllər enerjili, iddialı, xarizmatik, narahat olan insan yavaş-yavaş sönür.

"Bunu tibbi rəylərə əlavə edin və biz pis rəftardan və qeyri-adekvat qayğıdan dəhşətli mənzərə görürük... Biz atam Mixail Saakaşvilinin həbsxanada ölməsinə icazə verə bilmərik”, -o deyib. 

O, Gürcüstan hökumətini atasının xaricdə müalicə almasına icazə verməyə çağırıb.

Bundan əvvəl ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan demişdi ki, Gürcüstan hökuməti Saakaşvilinin tibbi ehtiyaclarının ödənilməsinə və hüquqlarının təmin olunmasına cavabdehdir.

Baş nazir Qaribaşvili keçmiş prezidentin rifahı üçün onun məsuliyyəti barədə suala cavab verərkən bildirib ki, bu, Allahın əlindədir.
"Həyatımız Allaha verilmişdir, ona görə də mən əslində heç kimin həyatına cavabdeh ola bilmərəm”, - o deyib.



Lida Abbaslı










www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol