• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda əsgər valideynləri etiraz aksiyası keçirir

Ermənistanda əsgər valideynləri etiraz aksiyası keçirir
14.04.2023 13:10
Dağlıq Qarabağda 44 günlük müharibə zamanı həlak olan hərbçilərin valideynləriYerevanda Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında etiraz aksiyasına toplaşıblar. Onlar Yerablur panteonundakı insidentə görə məsuliyyət daşıyanlara qarşı ittiham irəli sürülənədək oturaq aksiya keçirəcəklərini bildirib. 

"Biz işin necə getdiyini öyrənmək üçün Ermənistan İstintaq Komitəsinin rəhbəri Yura İvanyanla görüş tələb edirik. Bura gələndən sonra biz belə başa düşdük ki,  məsələ irəli getmir”, -  ölən hərbçi Akop Rostomyanın atası Ara Rostomyan jurnalistlərə bildirib.


Onun sözlərinə görə, həlak olan hərbçilərin valideynləri niyə faktlar, videolar, şahidlər nəzərə alınmaqla işin hələ də açılmamasından, günahkarların cəzalandırılmamasından narazıdır.


Rostomyan əlavə edib ki, onlar hətta istintaqa güc tətbiq edən polis əməkdaşlarının fotoşəkillərini də İstintaq Komitəsinə veriblər. Məlum olub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları yox, valideynlər istintaqla məşğuldur”, - o qeyd edib.


Öz növbəsində mərhum əsgər Mxitar Qaleyanın atası – Qarik Qaleyan qeyd edib ki, bu günə qədər iş çərçivəsində heç bir addım atılmayıb. O bildirib ki, 24 saat ərzində heç bir ittiham irəli sürülməsə, valideynlər yeni tələblər irəli sürəcək və gələcək addımları açıqlayacaqlar.
 
2022-ci il sentyabrın 21-də səhər  həlak olan hərbçilərin yaxınları Nikol Paşinyanın səfərini pozmaq niyyəti ilə Yerablur hərbi panteonunda  növbətçilik edirdilər. Lakin polis ölən əsgərlərin valideynlərinə , analar daxil olmaqla, güc tətbiq edərək onları şöbələrə aparıb.

Yerablur panteonunda baş verən hadisə geniş ictimai rezonansa səbəb olub. Polis xidməti araşdırmaya başlayıb, İstintaq Komitəsi zorakılıqla müşayiət olunan xidməti və ya vəzifə səlahiyyətlərini aşma faktı ilə bağlı cinayət işi başlayıb. Həlak olan hərbçilərin 16 valideynləri və yaxınları zərərçəkmiş kimi tanınıb.

Hakimiyyət orqanlarının tələblərinə tabe olmama faktı ilə bağlı valideynlər barəsində də inzibati iş açıblar.
 
N.Təbrizli




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol