• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda 53 nəfər dövlətə xəyanətdə günahlandırılır - Paşinyan

Ermənistanda 53 nəfər dövlətə xəyanətdə günahlandırılır - Paşinyan
18.04.2023 15:30
Ermənistanda 53 nəfər dövlətə xəyanətdə ittiham olunur. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
 
Baş nazirin sözlərinə görə, xəyanətdə ittiham olunanların əksəriyyəti hərbçilərdir.

"Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərin əksəriyyəti hərbçilər və yüksək rütbəli zabitlərdir. İnsanlar öz mövqelərinin yeri barədə düşmənə pul müqabilində məlumat veriblər", -  o əlavə edib.

Paşinyan bildirib ki, hərbçilər öz mövqelərinin yeri barədə pul müqabilində məlumat veriblər.
 
Daha əvvəl Paşinyan Ermənistan ordusunun yüksək rütbəli hərbçilərindən narahatlığını bildirmişdi.
 
Paşinyan açıqlamasında deyib ki, 2020-ci ilin payızında Azərbaycanla münaqişə onlardan bəziləri başqa dövlətlərin agentləri ola bilər təhlükəsi var.

Ermənistanın baş nazirinin izah etdiyi kimi, Ermənistan ordusunda qarşıdurma zamanı yüksək rütbəli hərbçinin qoşunlarda çaxnaşmaya səbəb olması və tabeliyində olanlara mövqelərini tərk etməyi əmr etməsi ilə bağlı bir hadisə baş verib. O, həmçinin əlavə edib ki, bu faktı müəyyən etdikdən sonra hərbçilər günahını etiraf ediblər.

"Məndən soruşsalar, ekspert rəyim var ki, belə insanlar başqa ölkənin agentləridir", - Paşinyan deyib.

Bundan əvvəl Paşinyan bildirib ki, Ermənistan 2020-ci ildə Qarabağdakı müharibəni ordudakı "beşinci kolon”a görə uduzub. Onun sözlərinə görə, bu faktlar tezliklə ictimaiyyətə məlum ola bilər.
 

Aytac
 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol