• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail İrana xəbərdarlıq edib

İsrail İrana xəbərdarlıq edib
14.06.2023 23:57
İsraildən İrana xəbərdarlıq edilib. Bu barədə xarici KİV-də məlumat yayılıb.
 
"İran uranı 90%-dək zənginləşdirərsə, İsrail bu ölkəyə zərbə endirəcək. İran yaxşı bilir ki, uranın zənginləşdirilməsi səviyyəsini 90%-ə çatdıra bilsə, İsrail onu vuracaq”-, bu bəyanat adı açıqlanmayan İsrail rəsmisinin Tehranla Qərb ölkələri arasında İranın nüvə proqramı ilə bağlı razılığın əldə olunmasının mümkünlüyü ilə bağlı xəbərlərə reaksiya olub.

Tehran və Vaşinqton arasında Omanın vasitəçiliyi ilə dolayısı ilə danışıqlar aparılacağı barədə məlumatlar fonunda İsrailin baş naziri Benyamin Netanyahu xəbərdarlıq edib ki, "İranla heç bir razılaşma İsrail üçün məcburi olmayacaq və ölkə özünü qorumaq üçün hər şeyi edəcək”.
 
"Vala News” xəbər saytının məlumatına görə, İranın ali lideri Əli Xamənei bir il əvvəl İnqilab Keşikçiləri Qvardiyasının bir sıra rəsmilərinin öldürülməsi və İranın nüvə proqramına görə İsraildən qisas almağa dair qərar verib. İsrail mətbuatının yazdığına görə, bu səbəbdən İslam Respublikası öz terror fəaliyyətlərini İsrail sərhədləri daxilinə sıxışdırmağa çalışır.


İsrail ordusu kəşfiyyatının məlumatına görə, İran hakimiyyəti bunu hələ ki bacarmayıb. Ancaq rəsmi Tehran Livan, Suriya, Qəzza zolağı, İordan çayının qərb sahili və İraqda da daxil olmaqla İsrailə qarşı başqa cəbhələri aktivləşdirməyə və gücləndirməyə çalışır.

Bir müddət əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatının rəhbəri ilə görüşdə İran İsrailin təhlükəsizliyinin təhdidlərinin 95 faizinə görə məsuliyyət daşıdığını bildirmişdi.

Aytac

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol