• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvan Ağsaqqallar Şurasının seçkiləri şəffaflıqdan uzaq idi - Bəyanat

İrəvan Ağsaqqallar Şurasının seçkiləri şəffaflıqdan uzaq idi - Bəyanat
18.09.2023 13:37
İrəvan Ağsaqqallar Şurasının seçkiləri azad, ədalətli, şəffaf və demokratik seçkilərdən uzaq idi. Bu barədə Ermənistan mətbuatı "HayaVote” müşahidə şurasının bəyanatına istinadan yazıb.

Bəyanatda xüsusi qeyd olunur ki, "HayaVote” müşahidə missiyası İrəvan Ağsaqqallar Şurasına seçkilər üzrə seçkiqabağı kampaniyanı, bütün İrəvan seçki dairələrində səsvermə prosesini və səslərin hesablanmasını izləyib.

"Biz bəyan edirik ki, seçkilər azad, ədalətli, şəffaf və demokratik olmaqdan uzaq idi. Hökumətyönlü təbliğat üçün rəsmi səlahiyyətlərdən, ictimai maddi, maliyyə və informasiya resurslarından istifadə etməklə inzibati resurslardan kütləvi şəkildə istifadə olunurdu. Səsvermə prosesi komissiya üzvlərinə təzyiqlər, müxtəlif rıçaqlardan istifadə etməklə çoxlu sayda vətəndaşın məntəqələrə gətirilməsi, vəkil edilmiş şəxslərin və müşahidəçilərin hüquqlarının pozulması, seçki məntəqələrində açıq təbliğatın təzahürləri və s. Nəticədə bu seçkilərdə də görünməmiş dərəcədə aşağı fəallıq qeydə alınıb", - bəyanatda deyilir. 


"HayaVote” müşahidə missiyası yaxın vaxtlarda seçkilər zamanı baş vermiş qanunsuzluqlar, qanun pozuntuları və müxtəlif problemli təzahürlərlə bağlı faktları və təhlilləri ictimaiyyətə təqdim edərək geniş hesabat verəcəyi gözlənilir. 
 
Bazar günü Ermənistan paytaxtında İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkilərdə 475 seçki məntəqəsində səsvermə keçirilib. 

İrəvan Ağsaqqallar Şurası 65 üzvdən ibarətdir və meri 5 il müddətinə seçir.

Paytaxt Ağsaqqallar Şurasının hazırkı tərkibi 2018-ci il sentyabrın 23-də keçirilən seçkilərin yekunlarına görə seçilib. Sonra "Mənim addımım” bloku (buraya Ermənistanın baş nazirinin rəhbərlik etdiyi "Mülki müqavilə” partiyası daxildir) İrəvan Ağsaqqallar Şurasında 65 yerdən 57-ni alaraq qalib gəlib. Şura 2018-ci il oktyabrın 10-da fəaliyyətə başlayıb, səlahiyyət müddəti 2023-cü il oktyabrın 10-da başa çatır.
 
Gülnar Nazimqızı 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol